Futbolçunun qalmaqallı xanımı boşanmış ərinin pulları ilə özünə yeni iş qurdu
05.03.2020 10:48Ötən il türk futbolçu Caner Erkindən boşanan Asena Atalay özünə yeni iş qurub.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, daha öncə dəb sahəsinə qoşulan, hazırda isə aparıcılıq edən Asenanın təmizlik şirkəti qurduğu iddia edilir. Yayılan xəbərlərə görə, ötən ay yaradılan şirkət Asenanın qardaşı Alican Atalay və onun yaxın dostu tərəfindən idarə edilir. Şirkət İstanbul Ticarət Odasında Alican Atalayın adı ilə qeydiyyatdan keçib. Asenanın yaxın dostları Edis Gördülü, Cemre Kemer və Alişan sosial media üzərindən şirkətin reklamını ediblər.
Asena Atalay isə yayılan xəbərləri etdiyi açıqlamada rədd edib.

