Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Füzuli-Xocavənd istiqamətində ağır zərbə alan ermənilər zenit-raket kompleksi ilə hücum edirlər – MÜSAHİBƏ

05.03.2020 10:48

Son günlər təmas xətti və Azərbaycan-Ermənistan sərhədi boyunca gərginlik yenidən yüksək həddə çatıb. Düşmən ağır artilleriyadan istifadə etməklə təxribat törətməyə çalışır.

Об этом сообщает Роспрес

Baş verən son hadisələrlə bağlı hərbi ekspert Üzeyir Cəfərov A24.Az saytına müsahibə verib.

Həmin müsahibəni sizə təqdim edirik:

-Cəbhədə baş verənlər heç də təəccüblü deyil. 1994-cü ilin may ayından-atəşkəs haqqında saziş imzalandıqdan bu günə kimi belə hadisələr çox olub. Amma son zamanlar baş verənlər həqiqətən çox narahat edicidir. Əgər əvvəl avtomat və pulemyotlardan istifadə edirdilərsə, indi ağır silahlara keçiblər. Hətta düşmənin həyasızlığı o dərəcəyə çatıb ki, onlar Azərbaycan Respublikası Müdafiə Nazirinin helikopterini vurmaqla bağlı hədələr səsləndiriblər. Başa düşmək olar, çünki onlar bir neçə gün öncə Füzuli-Xocavənd istiqamətində çox ağır zərbə aldılar. Bilirsiniz ki, Azərbaycan Müdafiə Nazirliyi hər hansı bir təhlükə yaranacağı təqdirdə düşmənə lazımi cavabı verəcəyi haqda bəyanat yaymışdı. Bütün bunlara baxmayaraq, düşmən nümayişkaranə şəkildə zenit-raket kompleksini ortaya çıxardı və cavab tədbiri özünü çox gözlətmədi. Görünür, düşmən hələ bundan nəticə çıxarmayıb.

-Bu təxribatların nəticəsi kimi yenidən aprel hadisələrinin təkrarlanması gözlənilirmi?

-Onlar başa düşmürlər ki, Azərbaycan sonsuza qədər səbr nümayiş etdirə bilməz. Ötən ilin aprelində Azəbaycan Silahlı Qüvvələri genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilərdi. Amma həmsədrlərin, başda Rusiya olmaqla, müraciətinə əsasən hərbi əməliyyatları dayandırdıq. Bu bir il ərzində qarşı tərəf kifayət qədər ciddi silahlar alıb. Eyni zamanda İrəvandan, ətraf ərazilərdən xeyli sayda silah-sursat gətirilib. Ona görə də ön xətdə bu dəfə baş verə biləcək qarşıdurmalar daha böyük itkilərlə müşayiət olunacaq. Bizim geri çəkiləcək yerimiz yoxdur. Çünki bura bizim torpaqlarımızdır və azad olunması üçün sonuna qədər mübarizə aparacağıq.

Aprel döyüşləri zamanı biz çox ciddi uğur qazandıq. Düşmən bu uğurları həzm edə bilmir. Keçən il itirdiyi mövqeləri geri qaytarmağa çalışır. Serj Sarkisyan da dəfələrlə bunu bəyan edib ki, nəyin bahasına olursa olsun, itirilmiş ərazləri geri qaytaracaqlar. Aydındır ki, Azərbaycan buna imkan verməyəcək. Təəssüflər olsun ki, danışıqlar prosesi nəticə vermir və biz ərazi bütövlüyümüzü təmin etmək üçün lazım olan nədirsə, onu da edəcəyik.

-Bu günlərdə aktual mövzulardan biri də Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv olunması ilə bağlı qərardır. Qərarın iki ölkə arasındakı münasibətlərə mənfi təsir edəcəyi deyilir. Və pozulan münasibətlərdən Ermənistan tərəfinin cəbhədə yararlanacağı istisna edilmir.

-Ermənistan BMT üzvü olduğu üçün bir dövlət kimi qəbul olunsa da, biz bilirik ki, bu dövlət Rusiyanın vassalıdır və onun tapşırıqları ilə hərəkət edir. Sözsüz ki, burada ruslarla yanaşı ermənilərin də barmağı var. Ümumiyyətlə, harda erməni varsa, orada bir qarşıdurma, faciə qaçılmazdır.

Bu qərara gəldikdə isə,Ümumrusiya Azərbaycanlıları Konqresi bütün təşkilatlar arasında ən böyük təşkilat idi və 10 ildən artıqdır ki, fəaliyyət göstərir. İndiki məqamda onun ləğvi sözsüz ki, siyasi qərardır. Burada hər hansı bir təsadüfdən söhbət gedə bilməz. Azərbaycan Respublikası Milli Məclisində də bu qərar geniş müzakirə olundu. Hesab edirəm ki, bu çox yalnış qərardır və bu qərarın Azərbaycandan daha çox Rusiyaya təsiri olacaq. Bu, Rusiyanın imicinə zərbədir. On illərdir fəaliyyət göstərən bir təşkilat, hansı ki, böyük işlər görüb, niyə birdən-birə rusların xoşuna gəlmədi və Rusiya Ədliyyə Naziliyi bu iddianı qaldırdı? Ali məhkəmə də bu məsələni həll etdi. Düzdür, əslində qanunun qüvvəyə minməsi üçün hələ bir ay müddət var. Bəlkə də Rusiya siyasi hakimiyyəti çalışacaq ki, Azərbaycan kimi bir tərəfdaşı itirməsin.

Xatırladım ki, məlum təyyarə məsələsindən sonra Rusiya və Türkiyə münasibətləri gərginləşəndə də az qalmışdı ki, müharibə səviyyəsinə gəlsin. Amma Rusiya bir müddət sonra başa düşdü ki, Türkiyə adi bir dövlət deyil. İqtisadi və siyasi sahədə məcburiyyət qarşısında qalıb münasibətləri normallaşdırdılar.

Ona görə də nəzərə alsaq ki, Cənubi Qafqazda Azərbaycan qədər Rusiyaya yaxın olan ikinci bir ölkə yoxdur, o zaman bu, Rusiya üçün böyük bir itki olacaq. Demirəm ki, biz Rusiya ilə əlaqələri kəsəcəyik. Bu, mümkün deyil. Azərbaycan rus dilinin, rus mədəniyyətinin ən çox inkişaf etdiyi ölkələrdəndir. Amma yenə də düşünürəm ki, bu qərarı faciəyə çevirmək lazım deyil. Əslində bu, bizə bir dərs olmalıdır. Yəni, biz daim qucaq açdığımız, yaxın olduğumuz bir dövlət tərəfindən belə bir zərbə alırıq.

-Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdiyi vaxtda düşmənin fəallaşması təsadüfdürmü?  Bu, bütün dünyanın diqqəti Azərbaycanda olduğu bir vaxtda aranı qızışdırmaq üçün atılan addım kimi qiymətləndirilə bilərmi?

-Azərbaycan son illərdə çox böyük uğurlara imza atıb. Bir sıra beynəlxalq səviyyəli yarışlara ev sahibliyi edir. Bu, ölkənin imicinin möhkəmlənməsində olduqca böyük əhəmiyyətə malikdir. Artıq bütün dünya Azərbaycanın uğurlarından danışır. Bu il IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi və bununla əlaqədar ölkəmizə çoxsaylı turist axını da xaricdə ölkəmiz haqda müsbət rəyin formalaşmasında böyük rol oynayır. Təbii ki, bu, bizi gözü götürməyən qüvvələr tərəfindən böyük qısqanclıqla qarşılanır. Düşmənlərimiz isə nailiyyətlərimizə kölgə salmaq üçün təxribata əl atır. Amma hər halda onların bu cəhdi nəticəsiz qalır.

-Bir müddət öncə ATƏT-in Minsk qrupu həmsədrlərinin səfəri oldu. Mütəmadi keçirilən bu görüşlərin yenə də bir nəticəsini görmürük.

-Mən 2001-ci ildə ATƏT xətt ilə Ermənistana və işğal edilmiş ərazilərə səfər edən Azərbaycan jurnalstlərindən biriyəm. O zaman ATƏT sədrinin şəxsi nümayəndəsi Anje Kaspşiklə yol yoldaşı oldum, Ermənistanın o zamanki Müdafiə Naziri, hazırki prezident Serj Sarkisyan ilə görüşümüz oldu. Şuşada, Xankəndində olduq, ilk dəfə Laçınının görüntülərini çəkib Azərbaycan gətirdik. Mən onda anladım ki, ATƏT-dən xeyirli bir iş gözləməyə dəyməz. Onlar sadəcə günlərini keçirdikləri bir iş yeri kimi baxırlar buna. Bu meydan onlar üçün gəlir mənbəyidir, komfortlu həyatın təminatçısıdır. Onlar üçün azərbaycanlının və ya erməninin faciəsi əhəmiyyət daşımır. Sadəcə vəxiyyətin, status-kvonun dəyişməz qalmasına maksimum çalışırlar. 2016-cı il cəbhədəki hadisələr zamanı 2 görüş keçirdilər. Avstriyanın paytaxtı Vyanada və Rusiyanın paytaxtı Sank-Peterburqda. Ortaya nə nəticə qoydular? Heç bir şey.

Ermənistan BMT üzvü kimi Azərbaycanın süveren hüquqlarına hörmət etməyə borcludur. Amma baxın, BMT üzvü olan Ermənistan BMT-nin məlum 4 qətnaməsnini hələ də yerinə yetirmir. İllərdir ki, bunu özümüz deyirik, özümüz də eşidirik. Beynəlxalq qurumlar bunu dilə gətirmir. Ermənistan havadarları çalışır ki,  status-kvo dəyişməz qalsın, Anje Kaspşikin ofisi genişlənsin, ATƏT-in hansısa fakt aradırıcı missiyası olsun. Bu, bizə nə verir? Bilirsiniz, onların fəaliyyəti uşaq başı aldatmağa bərabərbər şeydir. Həmsədrlər fəaliyyətdə olanda bir söz deyirlər, vəzifədən ayrılandan sonra başqa söz. Danışıqlar yolu ilə bunu həll edə bilmədinizsə, müharibə ilə də həlli yoxdur deyirsinizsə, bəs necə həll olunacaq bu problem?

İşğalçı bəlli, işğala məruz qalan ölkə bəlli. Bəs onda biz niyə vaxt itirməliyik? Niyə oturub gözləməliyik ki? Bu nə qədər belə davam edəcək? Qaçqın, məcburi köçkün vətəndaşların taleyi necə olacaq? Ata qəbri Füzulidə, Şuşada, ana qəbri burda hansısa rayonumuzda və ya şəhərdə. Qardaş qəbri bir rayonda, bacı qəbri bir başqa tərəfdə. Axı bu, belə olmamalıdır. Biz birdəfəlik beynimizə yeritməliyik ki, onlar heç nəyi həll edən deyillər. Bu qurumlardan uğurlu nəticə gözləməyə dəyməz. Onlara vəziyətin bu cür davam etməsi sərf edir. İşləri sadəcə prezidentlərin, xarici işlər nazirlərinin görüşünü təşkil etməkdir.

Nəyə lazımdır bu monitorinqlər? Guya atəşkəs rejimidir, amma bəlkə də döyüş olsa bu qədər itki olmazdı. Nə onlar burdan köçən deyil, nə biz köçən deyilik. Azərbaycan kifayət qədər güzəştə gedir. Amma bunun da bir sonu olacaq. Artıq qarşı tərəfdə müsbət yönümdə addım atmalıdır. Ermənilər başa düşməlidir ki, onları qızışdıran qüvvələr bir gün geri çəkiləcək.

-Eyni zamanda bu təşkilatların qərəzli münasibətlərinin də şahidi oluruq hər zaman…

-Ötən ilin dekabrında baş verən hadisəni xatırlatmaq istərdim. Çingiz Qurbanovun nəşinin qaytarılması məsələsində bu, bir daha özünü göstərdi. Azərbaycanın qətiyyətli addımlarına beynəxlaq qurumlar heç bir reaksiya vermirdi. Amma 2014-cü ilin avqustunda cəbhədə düşmənin helikopteri döyüş mövqelərinin üzərində vurulanda həmin o ATƏT sədrinin şəxsi nümayəndəsi səfir  Anje Kaspşik az qalmışdı ki, gecəsini gündüzünə qatsın. Məsələnin həlli üçün Rəsmi Bakıdan xahiş edirdi, problemin həlli üçün xüsusi canfəşanlıq edirdi. Təbii ki, Azərbaycan tərəfi yenidən humanistlik etdi və erməni hərbçilərin meyidlərinin qalıqlarını qaytardı.

 -Bu qurumları, aidiyyatı təşkilatları ayağa qaldırmaq üçün nə etməliyik biz? Hansı tədbirlər görək ki, onlar artıq məsələnin həllində qəti addımlar atsınlar?

-Azərbaycan artıq konkret mövqe sərgiləməlidir. Beynəxalq qurumlarla danışmalıdır, şərt qoymalıdır ki, əgər müəyyən vaxt çərçivəsində bu məsələnin həllinə nail ola bilməyəcəksinizsə, biz danışıqlar prosesindən geri çəkiləcəyik və özümüz qərar verəcəyik. Məlumdur ki, nəticədə düşmən çox böyük peşmançılıq çəkəcək.  İndi dünyada haqsızlıqlar baş alıb gedir. Xüsusən də Türkiyəyə münasibətdə biz bunun daha çox şahidi oluruq. Bütün bunları nəzərə alaraq biz vəziyyətə uyğun hərəkət etməyə çalışırıq.

Təbii ki, mən yaxın dövrlərdə də gərginliyin artacağını düşünürəm. Təxribatlar yenə də davam edəcək və Azərbaycan lazımı cavabı verəcək. Bizim başqa yolumuz yoxdur.  Silah gücü ilə biz haqqımızı tələb edə bilərik. Eləcə də biz müxtəlif sahələrdə bu məsələni daim diqqətdə saxlamalıyıq. İstər media qurumları, istər müxtəlif təşkilatlar, hərə öz sahəsində bu problemin həlli üçün aktiv fəaliyyət göstərsə, nəticəyə daha tez nail olarıq.

Xəyalə Bünyatova // A24.Az