Gecə Bakıda binanın sayğacları yandı
05.03.2020 10:48Bakıda yanğın qeydə alınıb.
Об этом сообщает Роспрес
Saytımız Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli binanın 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 9 ədəd elektrik sayğacı yanıb.
Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə edilib. Mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

