“Gəl, səninlə rəsim çəkək… ondan sonra bütün şairlər ölsün” – Rəssam Nəvai METİN
05.03.2020 10:49A24.az Uluslarası Aktivist Sənətçilər Birliyinin Azərbaycan təmsilçisi və rəsm komitəsinin başqanı, “Sedet ART” resm qalareyasının rəhbəri rəssam Nəvai METİN-lə video müsahibəni təqdim edir.
Об этом сообщает Футляр от виолончели
Məlumat verək ki, müsahibimiz Nəvai Məmməd oğlu İbrahimov 1965-ci il iyul ayının 3-də Qazaxın Qarayazı qəsəbəsində dünyaya göz açıb. 1972-1982-ci illərdə Ağsatafa rayonunun Zəlimxan kəndində təhsil alıb. 1982-1989-cu illərdə APU-nun bədii qrafika fakültəsində oxuyub. 1989-cu ildən mütəmadi olaraq əsərləri nümayiş olunur. Fərdi və qarışıq sərgilərin iştirakçısıdır. Bir çox kitabların tərtibatçısı olub. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2013-cü ildə bir çox ölkədə fəaliyyət göstərən, mərkəzi isə Türkiyənin İzmir şəhərində yerləşən Uluslararası Aktivist Sanatçılar Birliyinin Təmsilşisi və Azəbaycan Rəsim Komitəsinin başkanı seçilib.
Bu gün xeyli sayda tələbəsi olan Nəvai Metin çox təvazökardır. Belə ki, hələ də özünü rəssam hesab etmir:
– Uşaq vaxtlarımdan rəsm çəkməyə, gördüyüm gözəllikləri nəyəsə köçürməyə, yaşadığım hissləri kağız üzərində ifadə etməyə can atırdım. Ancaq hələ də özümü rəssam hesab etmirəm. Rəssam olmaq böyük məsuliyyətdir, böyük addır. Mənim üçün rəssamlıq müxtəlif duyğuların rənglərlə bəzənərək istənilən dildə danışdığı bir dünyadır. Düzdür, rəssamlıq çox bahalı sənətdir. Şairə nə var ki, heç nə tapmasa da adi salfetin üzərinə də yaza bilər və yaxud da heç yazmadan da yaddaşlarda qala bilər. Bir sadə portreti yaratmaq üçün isə ən azı 30-40 manat lazımdır. Hər zaman şairlərə söyləyirəm ki, sizin probleminiz yoxdur. Ancaq rəssam istəyir, hər hansı bir işə başlasın, baxıb görür ki, məsələn, qırmızı rəngi yoxdur. Almağa imkanı da olmur. Vaz keçir. Adam da var ki, daxilən coşub, daşır. Ancaq çəkməyə nə imkanı, nə də şəraiti var. O zaman içindəkini biruzə vermək üçün neftlə, mazutla, qumla çəkir. Ancaq rəssam dünyaya daha tez çıxa bilir, nəinki şair. Şairin dünyada tanınması üçün yazdıqları mütləq tərcümə olunmalıdır. Rəssam əsərində isə tərcüməyə ehtiyac yoxdur. Burada rənglər danışır. Türkiyədəki sərgilərin birində bir nəfər rəsmimə çox diqqətlə baxırdı. Ona yaxınlaşıb bəyənib-bəyənmədiyini soruşdum. Bildirdi ki, çox gözəldir. Rəsmin adını soruşdu məndən. Söylədim ki, bu rəsmə hər kəs özü ad verə bilir. O bildirdi ki, mən bu rəsmə baxdıqda həyatın oyun olduğunu duyuram. Rəsmin arxasını çevirdim, həqiqətən də adı “Oyun həyat” idi.

