“Gələn gündən məni təkləmişdilər”- Azər Zahid
05.03.2020 10:49Ötən gün “Maşın” şounun daha bir buraxılışı geridə qalıb.
Об этом сообщает Роспрес
Qeyd edək ki, rəqqasə Oksana Rəsulova səs toplayaraq, aparıcını oyundan uzaqlaşdırıb.
A24.az xəbər verir ki,A.Zahid yarışma ilə bağlı açıqlama verib:
“Üzdə deyirlər qruplaşma yoxdur, amma hamı da qruplaşıb. Gələn gündən məni təkləmişdilər, axırda da çıxardılar. İstədiklərinə nail oldular. Dürüst, sözü üzə deyən adamı çıxardılar. Mən onlar üçün güclü rəqib idim. Hamısının vaxtı var… Elə bilirlər səslərini çıxarmamaqla, finala qalacaqlar. Amma qalmayacaqlar, zəif oyunçudular. Elə bilirlər ki, səs topladılar, kimisə çıxardılarsa, həmin adam xalqın gözündən düşdü. Məni Allah, valideynlərim, xalqım tanıyır. Bu da oyundur, biri sevinir, biri yox. Sevinirəm ki, “Maşın” şouda oldum, gözəl layihədir”.

