Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Gəlin kortejini ötmək istədi, divara çırpıldı – BAKIDA – VİDEO

05.03.2020 10:49

Bakıda gəlin maşınını müşayiət edən avtomobil aşıb.

Об этом сообщает Футляр от виолончели

Saytımızın “report”a istinadən verdiyi xəbərə görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Ziya Bünyadov prospektində 6 avtomobildən ibarət kortej gəlin gətirməyə gedib. Kortejdəki “Hyundai” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərək tuneldə eyni vaxtda 5 avtomobili ötmək istəyib. Nəticədə “Hyundai” beton yolayrıcına çırpılaraq aşıb.

Aşan avtomobilin sürücüsü xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Prospektin əsas tunelində tıxac yaranıb. Yoldan keçən avtomobil sürücülərinin köməkliyi ilə “Hyundai” yol kənarına çəkilib.

Toy karteji yoluna davam edib.