Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Gəmi sürücüləri də sürücülük vəsiqəsi almalı olacaqlar

05.03.2020 10:49

Kiçikhəcmli gəmilərin sürücüləri həmin gəmiləri idarə etmək üçün sürücülük vəsiqəsi almalı olacaqlar.

Об этом сообщает Футляр от виолончели

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”nda dəyişiklik edilib.

Dəyişikliklərə əsasən, kiçikhəcmli gəmilərin sürücüləri həmin gəmiləri idarə etmək üçün Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən verilmiş sürücülük vəsiqələrinə malik olmalıdırlar.

İndiyədək mövcud olan qaydalara görə isə kiçikhəcmli gəmilərin sürücüləri Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin İxtisas Komissiyası tərəfindən verilmiş mühərrikli və yelkənli qayıqların idarə olunması hüququnu verən şəhadətnaməyə malik olmalı idilər.