Gənc oğlan özünü alça ağacından asdı
05.03.2020 10:49Ağcabədidə gənc oğlan özünü ağacdan asaraq öldürüb.
Об этом сообщает Руспрес
Saytımız “report”a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb.
Belə ki, həmin kənddə yaşayan 1994-cü il təvəllüdlü Cəfərov Şəmistan Sevindik oğlu özünü alça ağacından asaraq intihar edib.
Faktla bağlı Ağcəbədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.

