Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Gənc qız zurna-balabanla torpağa tapşırıldı

05.03.2020 10:49

Türkiyənin Adana şəhərində binanın 5-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişən gənc qızın cənazəsi zurna-balabanla torpağa tapşırılıb.

Об этом сообщает Футляр от виолончели

Saytımız Türkiyə KİV-nə istinadən xəbər verir ki, Deniz Anatça adlı gənc qız fevral ayının 10-da ailəsi ilə birlikdə yaşadığı 11 mərtəbəli binanın 5-ci mərtəbəsinin balkonundan məlum olmayan səbəbdən dolayı yıxılıb. Gənc qız hadisə yerində dünyasını dəyişən zaman ailəsi baş verənlərdən psixoloji sarsıntı keçirib.

Ərəb əsilli olan gənc qız evlənmədən öldüyü üçün meyiti zurna-balaban çalınaraq basdırılıb. Ailəsi qızlarının cənazəsində türkülər oxuyub və gənc qızın tabutunu gəlinliklə örtüb. Hətta meyit gəlinliklə örtülü olan tabutu ilə birlikdə dəfn edilib.

Yaxın qohumları onların adətlərində evlənmədən əvvəl ölən bekar bir qızın zurna-balaban və gəlinliklə dəfn edildiyini söyləyib.