Gənc yazardan qeyri-adi kitab təqdimatı – İlk kitabı 120 manata satıldı – AUKSİON
05.03.2020 10:50Azərbaycanli gənc yazarın kitab təqdimatında maraqlı anlar yaşanıb.
Об этом сообщает Руспрес
A24.az xəbər verir ki, şair Elşən Mehdinin ilk kitabı olan “Sükut və sairə” şeirlər toplusunun təqdimat və imza günü mərasimində şairin qələm dostları və oxucular qeyri-adi üsula əl atıblar. Beləki şair Elvin Paşa Elşən Mehdinin ilk imzalı kitabını öz dəyərli əşyalar kolleksiyasına qatmaq istədiyini deyərkən, digər qonaqlar da ilk imzalı kitabı yüksək qiymətə almağa hazır olduqlarını deyiblər. Beləliklə ilk imzalı kitab üçün 10 manatdan başlanan hərrac 120 manatda sona çatıb. Kitaba ən böyük məbləğdə qiymət qoyan şəxs də elə ilk imzalı kitabı kolleksiyasına qatmaqda israrlı olan Elvin Paşa olub.
Qeyd edək ki, Elşən Mehdinin ilk kitabının təqdimatına Səlim Babullaoğlu, Mail Yaqub, Cəlil Cavanşir, Azər Elşadoğlu, Sərdar Amin, Rəşad Nağı Mustafa və şairin digər qələm yoldaşları, oxucular qatılıb. Təqdimat mərasimində qonaqlar Elşən Mehdinin şeirlərindəki yeniliklərdən və məziyyətlərdən söz açıb. Tədbirin ardınca şair oxucular üçün kitablarını imzalayıb.

