Gəncə-Bakı mikroavtobusu qəza törətdi – Ölü və yaralılar var
05.03.2020 10:50Gəncədə mikroavtobus aşıb. A24.Az APA-nın qərb bürosuna istinadən xəbər verir ki, hadisə Gəncənin şərq çıxışında qeydə alınıb. Gəncədən Bakı istiqamətində hərəkətdə olan “Mecedes Vito” markalı mikroavtobus aşıb.
Об этом сообщает Роспрес
Hadisə zamanı avtomobildə olan şəxslərdən biri, 1985-ci il təvəllüdlü Elşad Tağıyev ölüb, üç nəfər böyük, iki nəfər azyaşlı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Qəzaya yolun buz bağlamasının səbəbə olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polisi İdarəsində araşdırma aparılır.

