Gəncə Dövlət Universiteti imtahanqabağı müzakirələr keçirib
05.03.2020 10:50Gəncə Dövlət Universitetinin rektoru prof. Yusif Yusibov 4 cü kurs tələbələri ilə görüş keçirib.
Об этом сообщает Роспрес
A24.Az-a verilən məlumata görə, Gəncə Dövlət Universitetinin II tədris binasında rektor professor Yusif Yusibovun müxtəlif ixtisasların IV kursunda təhsil alan tələbələrlə imtahanqabağı görüşü olub. Tələbələri salamlayan rektor onların sözlərini demələri üçün dekan və müəllimlərin iştirak etmədiyi bu görüşdə fəal olmalarını, universitetin şərəfinə xələl gətirən qüsurları açıq-aşkar bildirmələrini tövsiyyə edib. O, qeyd edib ki, universitetin bu günki uğurları üçün gərgin iş aparılıb. “İstəmişik ki, tələbələrimiz, tələb olunan şəraitli və təminatlı ali məktəbdə təhsil ala bilsinlər. Hər bir tələbənin problemi diqqət mərkəzində olub, onların hərtərəfli inkişafları üçün lazımi qayğılar göstərilib. İmtahanların da şəffaf keçirilməsi ən ümdə vəzifəmizdir. Amma qüsurların, şəffaflığa mane olan səbəblərin aşkarlanmasında daim tələbələrə arxalanmışıq”.
Professor Yusif Yusibov olduqca səmimi keçən bu görüşdə tələbələrin imtahan və digər məsələlərlə bağlı suallarını cavablandırıb. Deyilən nöqsanların bir qismi yerindəcə həll edilib, bir qismi də araşdırılması üçün nəzarətə götürülüb. Görüş hər iki tərəfin yüksək razılığı ilə yekunlaşıb.

