Gəncədə bir nəfər evində yanaraq öldü
05.03.2020 10:50Gəncədə yanğın qeydə alınıb.
Об этом сообщает Футляр от виолончели
Saytımız Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 98 kv.metr olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Arif Məmməd oğlu Sultanovun yanmış meyiti aşkar olunub.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 01:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

