Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Gəncədə “həyat ağacı” abidəsi

05.03.2020 10:50

Gəncədə ilk dəfə olaraq “həyat ağacı” adlı abidə ucaldılıb. Əsərdə 4 min illik tarixi olan qədim Gəncənin-Simurq quşları, küpələrdə formalaşan müxtəlif obrazlı insan fiqurları, 1139-cu il zəlzələsini əks etdirən simvolik əl, Dədə Qorqud, Leyli və Məcnun, Gəncəni müdafiə edən Bəndər usta, memar Şeyx Bəhaəddin obrazları məharətlə işlənib.

Об этом сообщает Футляр от виолончели

Saytımızın məlumatına görə, abidənin müəllifi, tanınmış heykəltəraş, Gəncənin baş rəssamı Şərif Şərifov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, kompozisiya 3 ilə ərsəyə gəlib. Abidə iki tərəfə ayrılır ki, bunlardan biri qədim, digəri müasir Gəncəni, onun inkişafını, gözəlliklərini tərənnüm edir.

Abidə Mirzə Abbas Abbaszadə küçəsində, Gəncə Dövlət Kukla Teatrının binası qarşısında qoyulub. Əsərin səkkizguşəli fəvvarənin ortasında ucaldılması isə simvolik məna daşıyır.