Gəncədə maşın ağaca çırpıldı: Yaralılar var
05.03.2020 10:50Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Об этом сообщает Футляр от виолончели
A24.Az “Report”a istinadən xəbər verir ki, 28 May küçəsi ilə hərəkətdə olan “99-GO-163” dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı maşın idarəetmədən çıxaraq əvvəlcə ağaca, sonra isə yol kənarındakı maneəyə çırpılıb.
Nəticədə sürücü Məmmədov Seymur Tacəddin oğlu və maşında olan, hazırda şəxsiyyəti hələ bilinməyən qadın sərnişin yaralanıb. Sürücünün içkili olduğu müəyyən edilib. Sürücü yaralı vəziyyətdə polisə müqavimət göstərib. Yaralı sərnişin isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

