Gəncədə qadın bıçaq xəsarəti alıb
05.03.2020 10:50Gəncədə qadın bıçaq xəsarəti alıb.
Об этом сообщает Роспрес
A24.az APA-ya istinadən xəbər verir ki, şəhərin Məhsəti qəsəbə sakini 1989-cu il təvəllüdlü Vəliyeva Türkan Amil qızı qarın nahiyəsinin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Yaxınlarının dediyinə görə, qadın mətbəxdə iş görən zaman yıxılıb və bıçaq onun qarnına batıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

