Gəncədə qaz sızmasından partlayış olub
05.03.2020 10:50Gəncədə evdə qaz sızmasından partlayış yaranıb.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, bu barədə APA-nın qərb bürosu məlumat yayıb. Hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Xəlilov Sabit İmran oğlu evlərində quraşdırılan sobanı yandıran zaman qaz sızmasından partlayış baş verib. S. Xəlilov yanıq xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

