Gəncədə səkiyə çırpılaraq aşan avtomobil yandı
05.03.2020 10:50Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Об этом сообщает Роспрес
Şəhərin Heydər Əliyev prospekti ilə Fətulla Həsənov küçələrinin kəsişməsində “Niva” markalı avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb və aşıb.
Nəticədə avtomobil alışaraq yanmağa başlayıb. Yanğın söndürülüb.
Qəza zamanı iki nəfərin xəsarət aldığı bildirilir. Onlar xəstəxanaya yerləşdirilib. //APA

