Gənclərdən maraqlı layihə: “Məktəb avtobusu ucqar kəndlərdə” – VİDEO
05.03.2020 10:50Bura İsmayıllının Köhnə Daxar kəndidir. Ucqar kənddə adamların və evlərin sayı azdır. Cəmi 9 şagird olduğu üçün burda tədrisi təşkil etmək mümkün deyil. Buna görədə şagirdlər qonşu Gəndov kəndindəki məktəbə gedirlər.
Об этом сообщает Роспрес
Elə bu xeyirxah gənclərin təşəbbüsü ilə artıq şagirdlər məktəbə piyada yox, məktəb avtobusu ilə gedirlər. Bir müddət əvvəl gənclər sosial şəbəkədə Məktəb Avtobusu Ucqar Kəndlərdə adlı səhifə yaradaraq ianələr toplayıblar. Ardınca dağ kəndi üçün uyğun olan avtobus kirayələyiblər.
Bu maraqlı görüntünün isə elə maraqlı da hekayəsi var.
Gənclər başqa ucqar kəndlərdə də məktəbli avtobusu layihəsini gerçəkləşdirmək niyyətindədir.

