Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Gənclik Mall”un qarşısında qan düşdü – 27 yaşlı gənc bıçaqlandı

05.03.2020 10:50

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Gənclik Mall” ticarət mərkəzinin giriş qapısının önündə kütləvi dava düşüb.

Об этом сообщает Руспрес

Saytımız “report”a istinadən xəbər verir ki, “Gənclik Mall” ticarət mərkəzindən çıxan 27 yaşlı Namiq İsmayılov bir neçə şəxsin hücumuna məruz qalıb. Əlbəyaxa dava zamanı N.İsmayılova 6 bıçaq zərbəsi vurulub. N.İsmayılov qanaxmadan huşunu itirib. O, taksi sürücüsünün köməkliyi ilə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, N.İsmayılovun vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.