Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

General: “Ermənistan üç gündə 3 hərbi qulluqçusunu itirib”

05.03.2020 10:50

“Cəbhə xəttində sistematik olaraq, atəşkəs rejiminin pozulması nəticəsində düşmən tərəfinin verdiyi itkilərin sayı artsa da, ermənilər bu xəbərləri cidd-cəhdlə gizlətməkdə davam edirlər”.

Об этом сообщает Роспрес

A24.Az APA-ya istinadla xəbər verir ki, bunu ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib. O qeyd edib ki, son günlər sosial şəbəkələrdə erməni istifadəçilərin yazılarının monitorinqi bunu deməyə əsas verir: “Sosial şəbəkələr və digər mənbələrdən əldə etdiyim məlumatlara görə, martın 23-dən 25-dək, yəni cəmi üç gündə Qarabağda düşmən tərəfi 3 nəfər hərbi qulluqçusunu itirib. Onlardan birinin baş leytenant Georgi Adoyanın mina partlayışı nəticəsində ağır yaralanması məlumdur. Bundan başqa, ordumuz tərəfindən görülən cavab tədbirləri nəticəsində hələlik adları məlum olmayan bir erməni hərbçisi məhv edilib, digəri isə ağır yaralanıb.

Seçki ərəfəsində Ermənistan hakimiyyəti birmənalı olaraq, istənilən neqativ məlumatların cəmiyyətə sızmasının qarşısını almaqda israrlıdır. Xüsusilə bu məlumat cəbhədəki itkiləri ilə bağlı olanda daha çox canfəşanlıq göstərilir”.