Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Generaldan Aşura açıqlaması: “… mərasimlərin keçirilməsinə imkan verməyəcəyik” – VİDEO

05.03.2020 10:50

“Sabah Bakıda Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndiriləcək”.

Об этом сообщает Футляр от виолончели

Saytımız xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib.

S. Bağırov qeyd edib ki, paytaxtda Aşura mərasimlərinin keçiriləcəyi yerlərdə təhlükəsizlik tədbirləri həyata keçiriləcək: “Hər il olduğu kimi, bu il də Aşura günü ilə əlaqədar ictimai asayişin qorunması məqsədilə oktyabrın 1-i paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq, ictimai asayiş lazımi şəkildə təmin ediləcək”.

General qeyd edib ki, Bakının bütün məscidlərində və ziyarətgahlarında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları təyin olunacaq. “Dini ayinlərin keçiriləcəyi yerlərə müdaxilə edilməyəcək. Lakin müəyyən edilmiş yerlərdən kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək”.

APA