Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Gərginlik yaradacaq «Məscidüləqsa» qərarı

05.03.2020 10:50

Saytımız saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrailin Malka Əviv məhkəməsi 1994-cü ildə İsraillə İordaniya arasında imzalanan sülh sazişini pozdu. Qərara əsasən yəhudilər «Məscidüləqsa»-da ibadət edəcək.

Об этом сообщает Руспрес

İsrail məhkəməsi «Məscidüləqsa»-da ibadət görüntüləri üzə çıxdıqdan sonra «Məscidüləqsa»-ya daxil olması polis tərəfindən qadağan edilən və bu səbəbdən iddia qaldıran din adamı Qlikini “haqlı” hesab edərək ona təzminat ödənilməsinə hökm verdi.

Qlikin “Məscidüləqsa”da ibadət etməsində hər hansı təhlükənin olmaması ilə bağlı hökm verən məhkəmə, «Məscidüləqsa»-ya girişi 2 il qadağan edilən Qlikə 163 000 dollar təzminat ödənilməsi haqqında qərar verdi. Qlikin vəkili dedi: “Bu qərarla yəhudilərin «Məscidüləqsa»-da ibadət etmək haqqı yaranır”. Polis Qlikin İsrail telekanallarından birində «Məscidüləqsa»-da ibadət etmə görüntülərinin yayımlanmasından sonra 2011-2013-cü illər arasında «Məscidüləqsa»-ya daxil olmasını qadağan etmişdi.
«Məscidüləqsa» kompleksi daxilində “Qiblə məscidi” ilə Əməvilər dövrünə aid “Qubbətussahra məscidi”, muzey, mədrəsələr, bağlar və böyük həyət var. “Beytul maqdis” kimi tanınan «Məscidüləqsa», müsəlmanların ilk qibləsidir. “Süleyman məbədi”nin qalıqlarının kompleks daxilində olduğuna inanan yəhudilər burada qazıntılar aparırlar. Bu səbəbdən «Məscidüləqsa»-da müsəlmanlarla yəhudilər arasında qarşıdurmalar baş verir.