Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Geyim kodları hansı mənanı verir?

05.03.2020 10:50

Geyim kodları harda yazılır? Geyim kodları hansı mənanı verir? Ümumiyyətlə geyim kodları nədir? Hansı geyim kodunda nə geyinilir?

Об этом сообщает Футляр от виолончели

Bir çoxlarının verdiyi suallara “a24.az” aydınlıq gətirməyə çalışacaq. Türkiyə mediasında yer alan xəbərdə bildirilir ki, hər hansı bir yığıncaq üçün dəvətnamə aldığımız zaman üzərində bəzən “Geyim: Black Tie” kimi ifadələr görürsünüz. Yaxşı, bəs bu ifadə nə məna verir? İlk olaraq onu bildirmək lazımdır ki, hər kəs geyim kodlarına yerləşdiyi mühitdən asılı olaraq geyinməyə çalışır. Lakin yuxarıda qeyd etdiyimiz kimi bəzi ifadələr isə sadəcə xüsusi yığıncaqların dəvətində yer alır.

1 – CASUAL

Qadınlar: qısa qollu və ya qolsuz bluz, qisa qollu və ya qolsuz paltar, triko paltar, köynək, cins ətək, cins şalvar, babet və ya idman ayaqqabısı…

Kişilər: qısa cins pencək, cins şalvar, kətan geyimlər, idman ayaqqabıları, qısaqol köynəklər, uzunqollu pambıq köynəklər, cins köynəklər, sweatshirtler…

2 – BUSİNESS CASUAL

Adətən ofisdə işləyənlərin geyindiyi geyimlərdir.

Qadınlar: Qısa və ya uzun qollu köynəklər, kətan şalvar/ətək, babet və ya dabanlı ayaqqabı…

Kişilər: Düyməli köynək (qalstuksuz ola bilər), üçdüymə köynək, V yaxalı köynək, kətan şalvar, makasin ayaqqabılar…

3 – SMART CASUAL

Bu geyim tərzi başqa bir deyimlə gözəl idman geyimi mənasını verir.

Qadınlar: Qolu qısa və ya qatlanmış, idman üslubunda olan “blazer” pencək, uzun və ya yarım qollu köynək, düz və ya naxışlı şalvar, uzun və ya dizə qədər olan ətək, xırda naxışlı paltarlar, babet və ya dikdaban ayaqqabı…

Kişilər: “Blazer” pencək və ya qolsuz jaket, düyməli köynək, tünd rəngli kətan şalvar, tünd rəngli cins şalvar, makasin və ya bağları olan ayaqqabı…

4 – BUSİNESS

Adından göründüyü kimi iş geyimi mənasını verir.

Qadınlar: Pencək-ətək və ya pencək-şalvar, paltar pencəklər, alçaq və ya yüksək dikdaban ayaqqabı…

Kişilər: Kostyum, qalstuk, tünd rəngli corab və klassik ayaqqabı.

5 – FORMAL (WHITE TIE)

Gecə dəvətlərinə geyinilən gözəl geyimlər

Qadınlar: Dizdən daha qısa olmayan tünd rəngli paltar və dabanlı ayaqqabı…

Kişilər: Tünd rəngli kostyum, qalstuk, uzun boğaz qara corab və klassik ayaqqabı…

6 – BLACK TİE

Qadınlar: Uzun gecə paltarları və dabanlı ayaqqabılar. Şalvar və ya qısa paltar geyinmək elə də qəbul edilmir. Bununla yanaşı çox şişirdilmiş və bər-bəzəkli gecə paltarları da bəyənilmir. Dövlətin təşkil etdiyi yığıncaqlar üçün verilən dəvətnamələr bu paltarların geyildiyi yerdir.

Kişilər: “Smokin” və ya qara kostyum, qara qalstuk, klassik ayaqqabı…

Firuzə Alimova