Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Geyimlər, ayaqqabılar, oyuncaqlar – Sosial şəbəkə vasitəsilə xeyriyyəçilik edir – VİDEO

05.03.2020 10:50

Sosial şəbəkələrdən hərə bir məqsədlə istifadə edir. Bir çoxları ilə bu platformaya əyləncə gözü ilə baxır. Ancaq növbəti xəbərimizin qəhrəmanı olan bir xanım sosial şəbəkə vasitəsilə xeyriyyəçilik edir. Daha dəqiq desək, aztəminatlı ailələri müəyyənləşdirir, sonra imkanlı şəxslərdən topladığı yardımları həmin ailələrə göndərir.

Об этом сообщает Роспрес

Geyimlər, ayaqqabılar, oyuncaqlar və hətta ərzaqlar…

Sosial şəbəkə vasitəsiylə xeyriyyəçiliklə məşğul olan Kifayət Qərəndzadə ehtiyacı olanlara yardım edir. 3 ildir belə ailələr “Yardım evi” adlı “İnstagram” səhifəsiylə bu fürsətdən yararlanırlar. Kifayət Qərəndzadə ehtiyac sahibi olan ailələri araşdırıb tapdıqdan sonra, xeyriyyəçilik etmək istəyən şəxsləri onlara yönəldir. Çox hallarda əşyalar onun evində toplanır.

Təmənnasız olaraq təklif olunan əşyalar arasında uşaqlar üçün geyimlər, ayaqqabılar, oyuncaqlar, gənc qızlar üçün donlar, böyüklər üçün isə müxtəlif geyimlər var. Buradan uşaqlar və böyüklər üçün çəkmə və gödəkçələr də əldə etmək mümkündür.

Ad günü olan uşaqlar üçün isə yeni geyimlər və oyuncaqlar ayrılıb. Ehtiyac sahiblərinə uşaq qidaları da verilir.

Kifayət Qərəndzadə qənd, çay, ət kimi ərzağa ehtiyacı olan insanların da ona müraciət edə biləcəyini deyir və bölgələrdə yaşayan xeyriyyəçi insanların da dəstəyinə ehtiyac olduğunu bildirir. Çünki səhifəyə yazaraq yardıma ehtiyacı olduğunu bildirən şəxslərin çoxu rayonlarda yaşayır.