Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Gömrük 88 min “Parliament” və “Marlboro”nu tutdu

05.03.2020 10:50

Xaşmaz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qanunsuz yolla ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.

Об этом сообщает Футляр от виолончели

Dövlət Gömrük Komitəsindən A24.Az-a verilən məlumata görə, Rusiya Federasiyası istiqamətindən idarənin “Xanoba” gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Rusiya Federasiyası vətəndaşının idarə etdiyi “Mercedes Benz Vito 109 CDİ ” markalı nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxış zamanı “Drakula” adlı kinoloji xidmət iti nəqliyyat vasitəsinin müxtəlif yerlərinə reaksiya verib. Yoxlama zamanı nəqliyyat vasitəsinin, eləcə də ona qoşulmuş qoşqunun gizli saxlanc yerlərindən 78400 ədəd “Parliament” markalı, 9600 ədəd “Marlboro” markalı olmaqla, cəmi 88000 ədəd siqaretlər aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.