Gömrükdə siqaret əməliyyatı – 22 min qutu ələ keçdi
05.03.2020 10:51Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən “Samur” gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Об этом сообщает Роспрес
Dövlət Gömrük Komitəsindən A24.Az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa bufer hissəsindən, sol və sağ ayaqlıqlarının içərisindən gömrük nəzarətindən gizlədilən 22 200 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

