Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Google” təkmilləşir

05.03.2020 10:51

Mobil texnologiyaların yüksək inkişaf səviyyəsinə baxmayaraq, smartfon istifadəçilərinin əksəriyyəti mütəmadi olaraq mobil şəbəkə siqnalının tutmadığı yerlərdə olurlar. Bu zaman istifadəçilər zəng etmək və ya internetdə lazımi informasiyanı axtarmaq imkanından məhrumdurlar. Məsələn, son vaxtlara kimi “Google” axtarış sisteminin mobil proqramı belə vəziyyətdə, sadəcə, qoşulma səhvi haqda məlumat verirdi, istifadəçi isə sorğunu yadda saxlayaraq siqnal peyda olan kimi yenidən axtarış verməli idi.

Об этом сообщает Роспрес

Milli.Az ICTnews-a istinadən bildirir ki, “Google”un axtarış sisteminin mobil proqramının “Android” platforması üçün növbəti versiyasında bu çatışmazlıq aradan qaldırılıb. İndi axtarış proqramı internetə qoşulma əlçatmaz olduqda istifadəçi sorğularını yadda saxlayır və siqnal yaranan kimi, həmin sorğuları avtomatik yerinə yetirir.

Bir və ya bir neçə axtarış sorğusunun uğurlu icrası haqda bildiriş smartfonda ekranın yuxarı hissəsində üzə çıxan pəncərə şəklində görsənəcək. Şirkətdən bildirilib ki, axtarış sisteminin mobil versiyasının yeni funksiyası batareyanın sərfiyyatına təsir etmir və axtarışın nəticələrinin yüklənməsi minimum trafik sərf edir.