Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Goranboyda qatı duman avtomobillərin hərəkətində çətinlik yaratdı

05.03.2020 10:51

Goranboyda qatı duman nəqliyyatın hərəkətində problem yaradıb.

Об этом сообщает Руспрес

Gün ərzində rayon ərazisində müşahidə olunan dumanlı hava şəraiti axşam saatlarından etibarən daha da kəskinləşib.

Qatı duman səbəbindən rayon ərazisində, Bakı-Qazax magistral yolunun Goranboydan keçən hissəsində, həmçinin Tərtər, Naftalan istiqaməti ilə gedən avtomobillərin hərəkətində çətinlik yaradıb. Nəticədə sürücülər maşınların sürət həddini aşağı endirmək məcburiyyətində qalıblar.

Goranboyun bir neçə kənd yollarında görüntü son dərəcə məhdudlaşdığı üçün bəzi sürücülər avtomobillərini yol kənarında saxlamalı olublar. //Report