Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Görmə qüsuru olanlar üçün qibləni tapan cihaz hazırlandı

05.03.2020 10:51

Türkiyənin Bayburt vilayətində orta məktəb şagirdləri görmə qüsuru olanların namaz qılmalarını asanlaşdırmaq məqsədilə qiblənin istiqamətini taparaq insanı səsli idarəetmə sistemilə yönləndirən cihaz ixtira ediblər.

Об этом сообщает Руспрес

Saytımızın “din.az”a istinadən verdiyi xəbərə görə, 11-ci sinif şagirdi Kərim Köse və Buğra Yazıcıoğlu, elmi sərgi çərçivəsində “Namaz özümsən, görən gözümsən” adlı layihə hazırlayıblar. Kərim Köse verdiyi müsahibədə görmə qüsuru olan şəxslərin başqalarının köməyi olmadan bəzi işləri görə bilmələri düşüncəsilə belə bir ixtiranı həyata keçirdiklərini bildirərək fikirlərini belə davam etdirib:

“Cihazı açdığımız zaman ən əvvəl avtomobil nömrə koduna görə yerləşdiyimiz bölgəni seçirik. Sonra digər düyməni basaraq cihazın bizə verdiyi səsli komanda ilə sağa və ya sola hərəkət edirik. Bizim bu hərəkətimizlə cihaz qiblənin istiqamətini müəyyən edir, beləliklə, komanda ilə qibləni tapdıqda səsli şəkildə “Qibləyə doğrusunuz” xəbərdarlığı verilir”.