Güləşçilərin qulağını xilas edən silikon hazırlandı
05.03.2020 10:52Şimali İrlandiyadan olan bir ana idmançıları Qərbdə “gülkələmi qulağı” deyilən bəladan qurtarmaq üçün vasitə ixtira edib.
Об этом сообщает Руспрес
A24.Az xarici mediaya istinadla xəbər verir ki, yeni ixtira reqbi, boks və güləş idmançılarının qulaq seyvanlarının əzilib tanınmaz vəziyyətə düşməsinin qarşısını alacaq.
Şimali İrlandiyada diş həkimi işləyən Brenda Phillips idmançıların qulaqlarının eybəcər hala düşməməsi üçün silikon qulaq qapaqları icad edib.
Bu vasitədən artıq bəzi reqbiçilər, cüdoçular və güləşçilər istifadə edirlər.
Bu ideya 23 yaşlı reqbiçi Konnorun və 25 yaşlı xokkeyçi Naominin anasının beyninə qəfil gəlib. Stomatoloq öz-özünə düşünüb: Əgər xokkeyçilərin başlarını qoruyan dəbilqələr, boksçuların dişlərini qoruyan süni damaqlar varsa, güləşçi və reqbiçilərin qulaqlarını qoruyan vasitə niyə olmasın?
Xanım Phillips inanır ki, silikon qulaqlar güləşçilərin, reqbiçilərin, boksçuların, kriketçilərin və su poloçuların qulaqlarını həm zədələrdən, həm də eybəcərlikdən xilas edə bilər.
Phillips ixtirasının kütləvi tətbiqi üçün patent idarəsinə müraciət edib.

