Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Günahkar, qumarbaz, xəstə və yazar – FYODOR DOSTOYEVSKİ

05.03.2020 10:52

Yazan və düşünən hər bir kəsin bir nöqtədə yolları kəsişdiyi və zehnini məşğul edən böyük qələm ustadı Fyodor Dostoyevkinin keçdiyi çətin həyat yolu mürəkkəbindən axaraq kitablarda öz əksini tapıb.

Об этом сообщает Футляр от виолончели

Ata nifrəti və onun ölümü

A24.az xəbər verir ki, onun atası olduqca zalim və qəddar biri olub. Kənd əhalisinə qarşı çox pis davranıb və sonda da yerli insanlar tərəfindən öldürülüb. Dostoyevski uşaq olarkən həmişə atasının ölməyini istəyib. Atasının ölümünü istəməsi hissi onu daima izləyib və heç zaman yaxasını buraxmayıb, sonda da onu depressiyaya salıb. Yazarın həyatını qələmə alan yazıçılara görə, onun keçirdiyi ilk epilepsiyanın səbəbi də elə bu hisslər olub. Greud və onun kimi başqa psixoloqlar ataya duyulan bu nifrətin və duyulan günahkarlılıq hissinin əsaslarını tədqiq edərək belə bir nəticəyə gəliblər ki, Dostoyevskinin xəstəliyi onun sinirlərinin pozulması ilə də yarana bilərdi.

Dostoyevskinin həyatını dəyişən hadisə

1894-cü ildə dövlət əleyhinə işlərə qarışdığına görə həbs olunub. I Aleksandrın təhlükəsizlik orqanları tərəfindən “dövləti yıxmağa cəhd”ə görə, dostları ilə birlikdə zindana salınıb. Edam cəzasına məhkum olunub. Güllələnmə üçün hər şey tamamlandıqdan sonra edam qərarından vaz keçilib. Ani qərarla özü və dostları bağışlanıb. Bu hadisə Dostoyevsdə dərin izlər buraxıb.

Sibir sürgünü

I Aleksand edam qərarından vaz keçdikdən sonra dövlət onu Sibirə – Omsk qalasına sürgünə göndərib. Cinayət və cəza anlayışları ilə ən qabarıq şəkildə burada tanış olub. Məhkum olduğu dövrdə qolları damğalanıb, saçı kəsilib və daş qırmağa başlayıb. Epilepsiya zamanı bir neçə dəfə xəstəxanaya yerləşdirilib. Burada keçirdiyi illər ərzində İncili və məhkumlardakı könül zənginliyini kəşf edib.

Qumar xəstəliyi

Yazıçının heç cür öhdəsindən gələ bilmədiyi qumar bağlılığı olub. Dostoyevski heç bir halda rulet stoluna qarşı gələ bilməyib. Ərsəyə gətirdiyi bir çox əsəri qumar borcunu ödəmək üçün yazdığı iddia edilir. Freud yazıçının qumar bağlılığını doğuşdan gələn patoloji özünü cəzalandırma arzusu olaraq dəyərləndirib.

Dostoyevskinin qadınları

Dostoyevski Sibirdə olarkən ağıllı, amma əxlaqsız bir orta məktəb müəlliminin dul arvadı olan Maria Dimitrievna Isaeva ilə evlənib. Evlilik cütlüyün hər ikisini xoşbəxt etməyib. Sankt-Peterburqa döndükdən qısa bir müddət sonra Polino Suslova adlı qadınla yaxınlaşmağa başlayıb. Polina onun yaradıcılığına ciddi şəkildə təsir edib və qumara qarşı olan bağlılığını daha da artırıb. Polina ilə birlikdə olarkən Dostoyevskinin həyat yoldaşı xəstələnib. Qardaşının ölümündən 3 ay öncə həyat yoldaşının ölməsi ilə “Yeraltından qeydlər” (1864) kitabını yazıb.

Sonrakı illərdə yazıçı epilepsiya və qumarbazlıqla yanaşı, yoxsulluqdan da əziyyət çəkib. Pul sıxıntısı çəkdiyinə görə, prodüsserlərlə müqavilələr imzalayıb. Bundan sonra sürətlə “Cinayət və Cəza” (1866) və “Qumarbaz” (1867) əsərlərini yazıb. İkinci əsəri yazarkən Anna Grigorievna Snitkin adlı qadını öz yanına katibə götürüb. Eyni ildə onunla evlənib. Təzyiqlərdən qurtulmaq üçün Sankt-Peterburqdan ayrılmaq məcburiyyətində qalıb. “Hər zaman  yad bir ölkədə yad biri” olaraq həyatından şikayətlənib. Yazıçılıq fəaliyyətini itirəcəyindən qorxduğu üçün xaricdə keçirdiyi 4 il ərzində ən məhsuldar günlərini yaşayıb.

Romanlarında fantaziya, həyəcan, cinayət, qorxu kimi mövzulardan geniş istifadə edib. Hoffmann, Schiller, Goethe, Şekspir, Balzac və Dickens ən sevimli yazıçıları olub. Dostoyevskidə onların izlərinə rast gəlmək mümkündür. O, zəif, əsəbi, duyğusal biri olub. Yazdığı əsərlərin əksəriyyətində də elə bir “ikiləşmə”dən bəhs edib. Bu mənada “Yeraltı qeydlər” əsəri onun yaradıcılığının açarı sayılır. O, bu əsərində zehninin dərinliklərinə dalıb.

Dostoyevskidə həyatdan diksinmə, bulantı olub. Əsərlərinin dünyası qaranlıqdır. Bütün maddi və mənəvi kasıblıq, epilepsiya və yaşadığı qorxulu illər Dostoyevskinin “sərt qabığın içindəki qızıl”ı kəşf etməsinə şərait yaradıb.

Onun əsərləri bulardır: “Bəyaz Gecələr”, “İdiot”, “Cinlər”, “Yeniyetmə”, “Alçaldılmış və təhqir olunmuşlar”, “Bədbəxt insanlar” “Karamazov qardaşları”, “Qumarbaz”, “Cinayət və Cəza”, “Yeraltı qeydlər”.

İlhamə Bəhmənova