Günay İbrahimli: “Belə şərəfsizlik olar? “
05.03.2020 10:52Özüm Füzulidənəm. Orda yaşayanların böyük ürəyi var. Orada iki nur üzlü insan həmişəlik yuxuya gedib. Başa düşürəm, müharibə şəraitindəyik. Bəs o 18 aylıq Zəhranın günahı nəydi?
Об этом сообщает Роспрес
A24.az xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli ötən gecə erməni təxribatı nəticəsində həlak olan Füzuli rayonunun Alxanlı kəndinin 2 yaşlı sakini Zəhra Quliyeva haqqında yazarkən deyib:
“Çox pis oldum, həm də çox. Nənə və nəvənin bu fotosu ürək parçalayandır. Mən özüm bu gərginliyin arasında doğulmuşam, oradakı ab-havanı görmüşəm. Özüm Füzulidənəm. Orda yaşayanların böyük ürəyi var. Orada iki nur üzlü insan həmişəlik yuxuya gedib. Başa düşürəm, müharibə şəraitindəyik. Bəs o 18 aylıq Zəhranın günahı nəydi? Nə vaxta kimi bir parçamızı itirmək qorxusuyla yaşayacağıq? Belə şərəfsizlik olar? Bunun adı faşizmdir. Körpələrə uzadılan əllər qurusun, qırılsın, liymə-liymə olsun. Kişilikdən bixəbərlər, şərəfsizliyi özlərinə sloqan seçən namussuzlar. 18 ay e, 18 aylıq bir uşaq. Ona necə silah çəkmək olar? Bunu bir insan necə edə bilər? Bunu edənlər insanlığa ləkə olan millətcikdilər”.
Qeyd edək ki, erməni təxribatı nəticəsində Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Nəticədə kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
Elvin Paşazadə

