Günay Yelmarqızı “Salam Taksi”ni biabır etdi: “Ən məsuliyyətsiz taksi xidmətidir”
05.03.2020 10:52“9933 qədər məsuliyyətsiz və müştəriyə laqeyd yanaşan taksi xidməti yoxdur. Səhər tezdən uşağı məktəbə aparmaq üçün taksi sifariş etmişik, 15-20 dəqiqə sonra mesaj gəldi ki, filan nömrəli taksi sizi gözləyir. Telefon nömrəsi də bu. Düşmüşük həyətə, maşın yoxdur”.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, bu sözləri aparıcı Günay Yelmarqızı “Salam taksi”ni tənqid edərkən deyib.
Aparıcı şikayətini bölüşərkən əlavə edib ki, xidmətdə sürücünün çağırış yerinə gəlməsi barədə yanlış informasiya verirlər:
“Zəng vurmuşam sürücüyə ki, bəs sizi gözləyirik. Sürücü təəccüblə dedi ki, “Xanım, axı mən sizin sifarişdən imtina etmişəm. Mən başqa çağırışa getmişəm. Operatora da xəbər etmişəm ki, sizin sifarişi qəbul edə bilməyəcəm. Onlar bu barədə sizə xəbər etməliydi”. Şok oldum. Təkrar operatora zəng vurdum ki, uşaq məktəbə gecikir, bu nə məsuliyyətsizlikdir? Xanım sakitcə cavab verdi ki, bizdə belə şeylər olur. Adamlar sifarişi qəbul etməyən sürücünün, çağırış yerinə gəlməsi barədə, yanlış informasiya verirlər. Üstəlik əməllərinə görə heç bir üzr istəmədən və ya sifarişinizi təmin edə bilməyəcəyik deyə xəbərdarlıq etmədən çox rahat şəkildə belə şeylər olur deyirlər.
Şikayətlə bağlı şirkətlə əlaqə saxlasaq da zəngimizə cavab verən olmadı.

