Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Gündə 1 dollara dünya markaları üçün tər tökürlər – VİDEO

05.03.2020 10:52

Dünyanın lider qəhvə istehsalçılarından biri olan Efiopiyada işçilər tarlalarda gündə 1 dollara işləyir.

Об этом сообщает Футляр от виолончели

Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, dünyanın beşinci böyük qəhvə istehsalçısı olan ölkədə təqribən 15 milyon insan bu sektorda qazandığı pulla yaşamağa çalışır. Kiçik tarlalara sahib olan istehsalçıların ən böyük sıxıntısı isə dünya bazarlarında baha qiymətə satılan qəhvənin onların əllərindən çox ucuza çıxmasıdır.

“Bu bizim həyat ağacımızdır və yeganə gəlir qaynağımızdır”

Təqribən 20 hektarlıq qəhvə tarlası olan 68 yaşlı Selkamo Kemissa da bu vəziyyətdən narahat olanlar arasındadır. Paytaxtdan 315 kilometr uzaqlıqda Şebedino Voresa qəsəbəsində yaşayan Kemissa artıq 30 ildir ki, bu işlə məşğuldur. Kemissa qəhvənin həyatlarındakı əhəmiyyətindən danışarkən “Bu bizim həyat ağacımızdır və yeganə gəlir qaynağımızdır” sözlərini işlədib.

Bu ilki məhsuldan 6 min kiloqram qəhvə tumu əldə etməyi planlaşdırdıqlarını söyləyən Kemissa özünün vəziyyəti yaxşı olsa da, xalqının uzun illərdir bundan əziyyət çəkdiyini dilə gətirib.

Kemissa “insanların əksəriyyəti yoxsulluq içərisində sürünərkən, tacirlər və alverçilər hər gün zənginliklərinə zənginlik qatırlar”, – deyə bildirib. Kemissanın yanında işləyən 68 yaşlı Abebe Lapius da yaşadığı sıxıntıları “nəsə bir şey yeyə bilmək üçün gündə 30 birr (1 dollara yaxın) da olsa qazanmaq üçün burda qəhvə yığıram”, – deyərək bildirib.

Saytımız qəhvə tarlasından olan videogörüntüləri təqdim edir: