Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Gündəlik istifadə etdiyimiz alətlərin qeyri-adi yaranma tarixləri

05.03.2020 10:52

A24.Az olaraq bu dəfə sizə gündəlik olaraq qarşımıza çıxan əşyaların yaranma tarixləri barədə məlumatları təqdim edirik:

Об этом сообщает Руспрес

Qaşıq

İlk qaşıq e.ə. 600-cü ildə Burdurda tapılıb. Qaşıq yarandığı ilk dövrdən bu günə kimi ən az dəyişilən əşyaladandır. Keçmiş zamanlarda restoranlarda qaşıq olmadığına görə, hər kəs onu üzərində daşıyıb. Əks halda yemək yemədən evə dönmmək məcburiyyətində qalıblar.

Disk

1877-ci ildə Edisonun kəşf etdiyi fonograf sayəsində musiqi dinləyə bilirik. 1977-ci ildə NASA qızıl disklərə 55 dildə salamlaşmaq mesajlarının, müxtəlif musiqilərin, təbiət hadisələrinin səsini yazaraq və müxtəlif fotolar yükləyərək onları kosmosa göndərib.

Qatıq

Qatıq ilk dəfə Orta Şərqdə hazırlanıb. Onun Avropaya gətirilmə tarixi çox maraqlıdır. XVI əsrdə Fransa kralı I François heç bir halda sağalmayan bağırsaq xəstəliyini Qanuni Sultan Süleyman tərəfindən göndərilən yoqurtla müalicə edib. Bununla da Avropa ilk dəfə bu qida ilə tanış olub.

“Heavy metal” musiqi janrı

VIII əsrdən etibarən ərəblərin özləri ilə birlikdə Avropaya gətirdikləri ud aləti inkişaf etdirilərək XVI əsrdən gitara formasını alıb. “Heavy metal” musiqi janrının yaranması tarixi da qəribədir. 1951-ci ildə “Ike Turner and The Kings of Rhythm” adlı rok qrupunun üzvləri səs yazdırmaq üçün amplifikatoru studiyaya aparmaq istəyiblər. Yolda aparat sınıb. Qrup qırılmış amplifikatoru dinləyən zaman çıxan səsi bəyənib və yeniliyin əsasını qoyublar.

Qırmızı dodaq boyası

Parlaq, qırmızı dodaq boyası e.ə. 100-cü ildə, Kleopatra yaşadığı dönəmdə dəbə düşüb. Antik Yunan dövründə bu dodaq boyasından ancaq əxlaqsız qadınlar istifadə ediblər. Bir həyat qadını qanunlarla qadağan olunmuş saatlarda bu dodaq rəngində istifadə edə bilməzdi. 1558-ci ildə İngiltərə taxtına oturan kraliça I Yelizavetta tam bir dodaq boyası vurğunu olub. 1770-ci ildə bu vasitə ilə evli kişilərin ağlını başından alan qızlar həbs olunub. 1923-cü ildə etibarən isə dodaq boyası hazırda istifadə etdiyimiz formaya gətirilib.

Pomidorlu ketçup

Çində duzlu və mayalanmış balıq əzməsindən düzəldilən sous “getchup” adlanıb. Bu qida tacirlər vasitəsilə bütün dünyaya yayılıb. Avropalılar qədim dövrdən qırmızı olduğu üçün zəhərli ola biləcəyini düşünərək pomidor yeməkdən qorxublar. XIX əsrdən etibarən ketçupu pomidordan hazırlanmağa başlayıblar.

İlhamə SULTAN