Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Günəşdə nə baş verir?

05.03.2020 10:52

Günəşin görünən diskinin yuxarı hissəsi boyunca yönəlməsinin təsirinin oktyabrın 11 və ya 12-dən başlayaraq müşahidə ediləcəyi gözlənilir.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, bunu “Trend”ə Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

Onun sözlərinə görə, gündüz ulduzumuz olan Günəşin səthində daim tac dəlikləri formalaşır. Günəşin diskində tünd hissələr kimi müşahidə olunan tac dəliklərində maqnit qüvvə xətləri demək olar ki, açıq olur və bu səbəbdən yüklü qaynar plazma hissəcikləri bu hissələrdən Günəşi asanlıqla tərk edərək planetlərarası fəzaya yüksəksürətli Günəş plazma küləyi şəklində Yerə doğru da yönəlir:

“Bu gün Günəşin səthində ləkələr müşahidə olunmur, lakin burada formalaşmış tac dəliyinin də çox maraqlı forması var. Tac dəliyi Günəşin görünən diskinin yuxarı hissəsi boyunca yönəlib, onun təsirini isə 11 və ya 12 oktyabrdan başlayaraq gözləyirik. Bu təsir, adətən Yerin maqnit sahəsinin həyəcanlaşmasına gətirib çıxarır. Fiziki şəraitdən asılı olaraq (Günəş küləyinin sürətu, planetlərarası maqnit sahəsinin istiqaməti və s.), geomaqnit qasırğası da yarana bilər. Bu dəfə G1 sinifli geomaqnit qasırğası gözlənilir”.

Щktyabrın 13-ü Yerdə güclü maqnit qasırğası başlayacaq. Trend-in məlumatına görə, qasırğa iki gün, oktyabrın 14-dək davam edəcək. Maqnit qasırğasının elektron qurğuların, xüsusilə rabitə vasitələrinin işinə təsir edəcəyi gözlənilir.

Bu qasırğanın meteohəssas insanlara da təsirsiz ötüşməyəcəyi bildirilir.

E.Babayev deyib ki, hazırda atmosfer təyziqi 760 mm.c.t-dur, geomaqnit indeksi Kp isə 0-1arasında dəyişir (maksimum 9 olur), lakin gün ərzində getdikcə artacaq.