Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Hamımız Bakıya qayıtmaq istəyirik” – Erməni qadının timsah göz yaşları

05.03.2020 10:53

Bakı ermənisi, ictimai xadim Rima Sarkisova “göz yaşlarına” boğulub.

Об этом сообщает Руспрес

A24.az xəbər verir ki, timsah göz yaşları axıdan konfrans iştirakçısı bunları deyib: “Mənim əzizlərim! Minlərlə Bakı ermənisi hələ də qürbətdə özünə isti bir sığınacaq tapa bilməyib. Ermənistandakı millətçi dairələrin təxribatçı və düşmən siyasəti nəticəsində süni Qarabağ münaqişəsi başlanıb. Axı biz yüzillərlə böyür-böyürə yaşamışıq. Bir yerdə – vahid Azərbaycan ailəsində sevirdik, həyəcanlanırdıq, sevinirdik və qüssələnirdik.

Mən Ukraynadan gəlmişəm. Lakin ürəyim Bakımıza və bu günün Azərbaycanına sevgi ilə doludur. Azərbaycan paytaxtında, Vətənimdə olduğum ilk günlərdə əminliklə deyə bilərəm – xoşbəxt və təhlükəsiz həyat üçün bundan yaxşı yer yoxdur.

Erməni millətinin bütün nümayəndələrinə müraciət edirəm. Sarkisyanın faşist hakimiyyətini dayandırmaq və torpaqlarımızda sülhün bərqərar olmasına nail olmaq vaxtıdır. Bugünkü tolerant, inkişaf etmiş və sivil Azərbaycan bir ölkədə multikulturalizmin və beynəlmiləlçiliyin uğurlu adaptasiyası modelinin parlaq təcəssümüdür”.