Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Hamlet” tamaşası 65 ölkədə nümayiş etdiriləcək

05.03.2020 10:53

“Qlobus” Teatrı “Hamlet” tamaşasını 65 ölkədə nümayiş etdirəcək.

Об этом сообщает Руспрес

Saytımız “Report”a istinadən xəbər verir ki, bunu “Qlobus” Teatrının nümayəndəsi Tom Bort Bakı səfərləri ilə bağlı oktyabrın 3-də Milli Dram Teatrında keçirilən mətbuat konfransı bildirib.

Onun sözlərinə görə, Azərbaycandan sonra son dayanacaqları Türkmənistan olacaq: “Bu, “Qlobus” Teatrının tarixində nəinki Azərbaycana, Qafqaza ilk səfəridir. “Hamlet” tamaşası yanvarda İranda nümayiş etdiriləcək”.

T.Bort, həmçinin şəhəri bəyəndiklərini, Azərbaycanın mədəni, teatral muhiti olduğunu duyublar.

Qeyd edək ki, “Qlobus” Teatrının aktyorları “Hamlet” tamaşasını dublyorlarla ifa edirlər. Uzun müddət qastrol səfərində olduqlarından, Hamleti növbəli şəkildə oynayırlar.

Xatırladaq ki, Şekspirin anadan olmasının 450-ci və ölümünün 400-cü ildönümünü qeyd edən Londonun “Qlobus” Teatrı 23 aprel 2014-cü il tarixindən 23 aprel 2016-cı il tarixinədək davam edəcək dünya turnesinə çıxıb. Bu teatr sərgüzəşti “Hamlet” tamaşasını iki il müddətində dünyanın hər bir ölkəsində nümayiş etdirməkdən ibarətdir. On altı nəfərdən ibarət teatr truppası dünyanın bütün kontinentlərinə səyahət edərək unikal məkanlarda və əsrarəngiz teatr səhnələrində çıxış edib.