Hansı bürc necə ana olur? – Qızlar, oxuyun!
05.03.2020 10:53Qızlar, gələcəkdə necə ana olacağınızı bilmək istəyirsiniz?
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, bürcünüz gələcəkdə necə ana olacağınızdan xəbər verir.
Qoç – Uşağını cəsarətləndirəcək, inam yaradacaq, motivasiya edəcək. Həyatda hər şeyi edə biləcəyini öyrədəcək. Qoç qadının sayəsində uşaq hər zaman güclü, özünə inanan, azad biri olacaq.
Buğa – Sahibləyici, qoruyucudur. Tez əsəbləşməməyi və səbrli olmağı buğa bürcü qadınından öyrənə bilərsiniz. Övladının sağlam qidalanması üçün əlindən gələni edəcək.
Əkizlər – Uşağın zehni inkişafının, əl qabiliyyətinin inkişafı üçün çalışacaq.
Xərçəng – Şəfqətli, həddindən artıq qoruyucu, ləzzətli yeməklər bişirən bir ana olacaq. Uşağına, ailəsinə bağlı…
Şir – Uşağının gözündə həmişə kraliça olmaq istəyir. Ona inamla dik durmağı aşılayan, qürurunun nə qədər önəmli olduğunu öyrədən ana olacaq.
Qız – Qabiliyyətli, bacarıqlı, bir o qədər də şübhəçi bir ana olacaq.
Tərəzi – Çox sakit təbiətə malikdir. Uşağına qarşı ədalətli, adil olmağı öyrədəcək.
Əqrəb – Prinsiplərindən asanlıqla imtina etməyən qadındır. Uşağına kiçik yaşlarından güclü olmağı, həyatın çətinlikləri ilə mübarizə aparmağı öyrədəcək.
Oxatan – İnancı qüvvətli, həyata həmişə müsbət tərəflərindən baxan, uşaqlarına güclü olmağı öyrədən, azadlığın hər şeydən önəmli olduğunu aşılayan ana olacaq.
Oğlaq – Güclü, sirrinizi paylaşa biləcəyiniz bir qadındır. Uşağına qayda-qanunu, düzgün həyat tərzini kiçik yaşlarından öyrədəcək.
Dolça – Uşağına humanizmi, insan hüquqlarının nə qədər önəmli olduğunu aşılayacaq. Sərbəst ruhlu uşaq yetişdirəcək.
Balıqlar – Fədakar, həssas, mərhəmətlidir. Uşağına ilk növbədə, mərhəmətli olmağın, başqalarına yardım etməyin önəmli olduğunu öyrədəcək.

