Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Hansı hallarda ölkədən çıxa bilməzsiniz?- SİYAHI

05.03.2020 10:53

Qısamüddətli səyahətə və ya iş üçün ölkə xaricinə getmək istəyən əksər vətəndaşlar,  sərhəddi keçə bilməmək kimi problemlə qarşı -qarşıya qalırlar. Bəziləri səbəbindən belə,  xəbərsiz olur. Bir düşünün, çamadanlarınızı yığıb, hər şeydən bixəbər səfərə yollanırsınız, sizə deyirlər ki, heç yerə gedə bilməzsiniz, cəriməniz və ya borcunuz var. Amma bu cərimənin nə vaxt yazıldığı, hara və kimə borclu olduğunuz barədə, heç bir fikriniz yoxdur. Bu məqamdan sonra səfərnizi sözü əsl mənasında zəhərə çevirirlər.

Об этом сообщает Футляр от виолончели

Ümumiyyətlə yaşından və statusundan asılı olmayaraq,  çox sayda  insanı hansı hallarda ölkəni tərk edə bilməyəcəyi ilə bağlı  mövzu maraqlandırır. O zaman ekrana bir qədər də yaxın oturun ki, hansı hallarda ölkədən gedə bilməyəcəyi barədə, məlumat əldə etməyən qalmasın.

  1. Şəxs tutulduqda və ya barəsində hər hansı bir həbs qətimkan tədbiri seçildikdə, vətəndaş azad edilənə, qətimkan tədbirinin müddəti başa çatana və ya ləğv edilənədək…
  2. Məhkum edilən şəxs verilən iş üzrə cəzasını başa vurana və ya cəzadan azad edilənədək Barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilənə, tibbi xarakterli məcburi tədbirlər ləğv edilənədək…
  3. Şərti məkdum edildikdə, cəzadan şərti olaraq vaxtından tez azad edildikdə (Cəzasının çəkilməyən hissəsi başa çatanadək)…
  4. Həqiqi hərbi xidmətə çağırılanda, müddətli hərbi xidməti keçənədək…
  5. Məhkəmə qərarı əsasında könüllü icrası tələb olunun icra sənədinin üzrsüz səbəbdən əməl ediməmisə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda (məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək)…
  6. Beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı çıxışa icazə yoxdur…

Nəzərə alsaq ki, insanları daha çox borca görə ölkədən getmək hüququnun məhdudlaşdırılması maraqlandırır, aliment, hər hansı bir şəxsə və ya bank borcunuz varsa, işiniz məhkəməyə düşmədən heç kəs bu qərarı tətbiq edə bilməz.

Hüquqşünas Vasif Rzayev deyir ki, bu tip borclarınız varsa, yalnız məhkəməyə verildikdən, hətta qətnamə qüvvəyə mindikdən, iş icraya düşdükdən sonra icra tədbiri kimi hava limanında saxlanıla bilərsiniz.

O ki qaldı vergi borclarınıza, Vasif Rzayevin sözlərinə görə, vətəndaşlar daha çox bu tip borclara görə, problem yaşayır. Hüquqşünas əlavə edir ki, vergi borcları olanlara, qərarın tətbiqi bir qədər fərqlidir.

“Vergi borcunuz varsa, borcla  bağlı qətnamə çıxmamış, icraya yönəlməmiş, vətəndaşın ölkədən getmə hüququ məhdudlaşdırılır. Çünki burada söhbət dövlət büdcəsinin tərkib hissəsi vergilərdən söhbət gedir. Dövlət büdcəsinə əhəmiyyət verildiyi üçün vergi borcları olanlara,  yanaşma bir qədər fərqlidir”- deyə Vasif Rzayev əlavə edib.

Nərmin Kərim