Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Hansı universitetlər bağlanacaq? – Ekspert açıqladı

05.03.2020 10:54

Azərbaycanda illik təhsil haqlarının baha olmağına dəfələrlə münasibət bildirilib. Üstəlik manatın məzənnəsinin dollara nisbətdə aşağı düşməsindən sonra ölkədə bahalaşma müşahidə edildi. Bu təsir təhsil müəssisələrindən də yan keçmədi.

Об этом сообщает Роспрес

Ötən illərdə bəzi universitetlər,  kolleclər, texnikumlar  bağlandı. Universitetlər plan yerlərini doldura bilmədilər. Bəs bu il necə, hansı universitetlər bağlana bilər?

Azərbaycanda hazırda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir.  Ümumilikdə, ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı 164 minə yaxındır.

Təhsil sahəsi üzrə ekspert Kamran Əsədov ilk növbədə Azərbaycanda ali təhsil müəssisələrində əsas problemlərin nədən yarandığına aydınlıq gətirdi.

“Azərbaycanda  ali təhsillilərin sayı dünya ölkələri ilə müqayisədə aşağıdır.  Azərbaycanda ali təhsil alanlar  ümumi əhalinin 17 faizin təşkil edir,  bu da dünyada  qəbul edilmiş normadan 2 faiz aşağıdır.  Ölkə prezidenti tərəfindən imzalanmış “Təhsilin inkişafı üzrə dövlət strategiyasına dair yol xəritəsi”ndə göstərilir ki,  təhsil əlçatan olmalıdır, ali  təhsil alanların sayında artım olmalıdır”.

Qeyd edək ki, Azərbaycanda ali təhsil müəssisələr əsasən dövlət büdcəsindən maliyyələşirlər.  Özəl universitetlər isə yalnız  tələbələrin təhsil haqqı ilə  özlərinin maliyyə problemlərini həll edirlər.  Təhsil eksperti qeyd edir ki,  ildən-ilə ali təhsil almaq istəyənlərin, ali məktəbləri bitirən məzunların sayında azalma müşahidə edilir. “2010-cu ildə ali məktəblərə qəbul  olmaq üçün 120 min nəfər  sənəd verib.  Universitetlərdə bakalavr pilləsinə plan yeri isə 29 min olub. Amma 2017-ci ilin aprel-may ayında isə  ali məktəblərə sənəd verənlər 69 min,  plan yerləri 38 mindir. Bu o deməkdir ki, universitetlər artıq  tələbə qəbulu planında problem yaşayacaqlar. Plan yerləri dolmayacaq”.

Universitetlər  4 illik  xərclərini plan yerlərindəki tələbələrin sayına əsasən təyin edirlər.  K. Əsədov bildirir ki, ali məktəb 3 min – 5 min tələbə qəbulu aparmaqla, özünün maliyyə problemlərini müəyyən edir.  Keçən il ali məktəblərin  79-80 faizi doldu. 7500-dən çox yer isə boş qaldı.  Bu illəri həm abituriyentlərin sayında azalma var,  həm də plan yerlərində artırma var. Bundan əlavə devalvasiya, ali məktəblərdə güclü endirimlərin olmaması plan yerlərini boş qoyacaq”.

“Azərbaycanda ən ucuz universitet 1800-2000 manat, Türkiyədə 100-200 manatdır”

Ekspert qeyd edir ki,  əgər universitetlər ciddi şəkildə illik təhsil haqlarında endirim etməsələr bağlanma təhlükəsi ilə üzləşəcəklər. “Azərbaycan  vətəndaşı artıq 90-cı illərin adamı deyil.  Türkiyədə, Avropada oxumağa gedir. Çünki Azərbaycanda bir illik universitetin təhsil haqqı ilə Türkiyədə illik universitetin haqqını ödəyir, həm də yaşamını təmin edir.  Bizdə ən ucuz universitetin təhsil haqqı 1800- 2000 manatdırsa,  Türkiyədə  illik təhsil haqqı 100-300 manatdır. Türkiyə ali məktəblərin verdiyi diplomu Azərbaycan tanıyır. Vətəndaşın xarici ölkədə aldığı təhsil həm daha keyfiyyətdlidir,  həm də ucuzdur.    Fikirləşirəm ki, bu il də təkcə özəl yox,   dövlət universitetlərində də ciddi şəkildə islahatlar gözlənilir”.

Kamran Əsədov bildirir ki, Azərbaycan universitetlərində birləşmə gözlənilir. “Bu il,  hələ də  bir neçə universitetin  rektoru yoxdur.  Turizm Universiteti, Lənkəran Dövlət Universiteti,  Azərbaycan Texniki Universitetin hələ də rektoru yoxdur. Bu o deməkdir ki,  bu universitetlər  profilləri uyğun olanlarla birləşdirilə bilər. Azərbaycan Dillər Universitetinə yeni  rektor təyin olundu.  Kamal Abdullanın  gəlişi ilə Slavyan Universitetinin Dillər Universitetilə birləşmə söhbəti yenidən gündəmə gəldi”.

“Bağlanma dövlət universitetlərinin də qapılarını döyəcək”

Ekspert K. Əsədov vurğulayır ki, dünyada inkişaf etmiş ölkələrdə  dövlət  universiteti dövlət büdcəsindən maliyyələşmir. “Əgər  sən həqiqətən də normal qaydada kadr hazırlaya bilirsənsə,  öz maliyyə xərclərini qarşılamalısan,   dövlətin sənə verdiyi sifarişli ixtisasla bağlı  yerləri çoxaltmalısan. Bizdə qəbul plan yeri 71 faizi pullu, 29 faizi isə dövlət sifarişlidir.  Bu o deməkdir ki , universitet problemini  özü həll edəcək.  Bu 54 universitetin 10-na şamil edilir. Ötən il Odlar Yurdu Universitetinin plan yeri  11,  Kooperasiya, Qərb, Xəzər  universitetlərində isə 50 faziəcən doldurulub. Bu o deməkdir ki, ciddi təhlükə var.

Universitetlər  ciddi şəkildə təhsil haqlarında endirim etməsələr insanlar xaricə üz tutacaqlar. Özəllər də daha ehtiyatlı olmalıdır. Çünki, dövlət dövlət universitetlərini az-çox vəziyyətdən çıxarda bilir. Özəllər bağlanma təhlükəsi ilə üzləşməmək üçün 50-60 faiz endirim etməlidirlər”.

Vüsalə Əlövsətqızı