Həkimlərin sağalda bilmədiyi xəstələrə şəfa verən qadın – 1 manata müalicə
05.03.2020 10:55Tibb elmi nə qədər inkişaf etsə də, xalq təbabəti ilə müalicə ənənəsi öz aktuallığını itirməyib.
Об этом сообщает Роспрес
Şəfalı bitkilərlə zəngin olan Azərbaycanda da bu sahə kifayət qədər qədim köklərə malikdir. Xüsusilə də bölgələrimizdə bitkilərin gücü ilə müalicə üsulları tətbiq edən loğmanlar çoxluq təşkil edir. Hər kənddə, az qala hər məhəllədə bu işin bilicisini tapmaq olar.
Dağların döşündən, sıx meşələrdən, ucsuz-bucaqsız yaşıllıqlardan min dərdə dəva olan bitkiləri şəhərə daşıyıb dərdimizə dərman olmaq istəyən təbiblər də var. Onlardan biri də Raya Qarayevadır. 8-ci kilometr bazarında qurduğu piştaxtaya Azərbaycanın 4 tərəfindən gətirdiyi bitkiləri yığıb.
Bura onun sorağını eşidib gəlməmişdik. Gəlişimizin məqdədi başqa idi. Bazara mənimlə birlikdə gedən iş yoldaşım Raya xanımın piştaxtasına yaxınlaşıb kəklikotu almaq istədi. Bir neçə bitki haqda soruşduqdan sonra məlum oldu ki, o, sadəcə satıcı deyil. Satdıqlarını adını kimi bilən loğmandır.
Əslən Daşkəsən rayonundan olan Raya xanım 30 ildən artıqdır ki, bu işlə məşğuldur. Bakıya gəlişi isə 8 il öncəyə təsadüf edir.
Raya xanım bildirdi ki, bu sənəti nənəsindən öyrənib və 30 ildən çoxdur ki insanlara şəfa tapmaqda kömək edir. Hətta həkimlərin belə əlac tapa bilmədiyi xəstəlikləri müalicə edir. Bura gələnlər arasında onun daimi müştəriləri də var. Raya xanım deyir ki, insanın üzünə baxan kimi ona diaqnoz qoyur və müalicəsi üçün lazım olan otlardan verir. Onun sözlərinə görə, otlar adətən birlikdə daha güclü təsir göstərir və hər xəstəliyin özünə uyun bitki qarışığı hazırlanmalıdır.
O, satdığı otların təsirli olmasının səbəbi kimi onların səhər şeh düşən vaxt yığılmasını və qaranlıqda qurudulmasını göstərir. Deyir ki, bəziləri bitkiləri günün altında qurudur. Bu isə düzgün deyil. Çünki belə olan halda bitkilər öz effektivliyini itirir.
Bir-birindən faydalı olan otların qiymətləri də olduqca münasibdir. 50 qəpikdən tutmuş 1 manata qədər.
Burada yüzlərlə bitki növü var idi. Hamısını öyrənə bilmədik. Amma sizin üçün faydalı ola biləcəyini düşündüyümüz bir neçə bitki haqda məlumat aldıq.
Məsələn, bir çoxlarının əziyyət çəkdiyi böyrək daşlarını əritmək üçün daşqapan adlı ot sizə kömək edə bilər.
Qurd xəstəlikləri ilə mübarizədə boymadərən bitkisi çox effektivdir. Dazotu isə əsəblərinizi sakitləşdirmək üçün çox faydalıdır.
Yolunuz bu bazardan düşsə, Raya xanımın bitki cənnətindən yan keçməyin. Əminəm ki, orada sizə də lazım olacaq bir bitki var mütləq.
Xəyalə Bünyatova // A24.Az
Fotolar:Vüsalə Əlövsətqızı

