Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Həm gəzib həm də pul qazanmanın 10 fərqli yolu

05.03.2020 10:55

Müasir dövrdə insanlar qazanclarını daşınmaz əmlaka xərcləməkdənsə gəzib görməyə səyahətlərə xərcləməyə üstünlük verir. Bəs səyahət etmək üçün əldə hər hansı bir gəlir mənbəyi yoxdursa necə? Bunun da çarəsi tapılar, təki siz gəzmək, görmək istəyin. Dünyada gəzginlərin böyük bir qismi səyahət edərək qazanır. Bəs, necə?

Об этом сообщает Футляр от виолончели

A24.Az həm səyahət edib, həm də pul qazanmağın 10 yolunu araşdırdı:

Xaricdə ingilis dili müəllimliyi etmək

Əgər ingilis dil bilginiz yaxşı səviyyədədirsə siz artıq bir addım öndəsiniz. İngilis dilini xaricdə öyrədərək pul qazanmağın və tamamilə fərqli mədəniyyətə inteqrasiya etməyin ən yaxşı yoludur. Bundan başqa dil müəllimliyi üçün müraciət etdiyiniz xarici şirkətlər sizi qalacaq yer və təyyarə bileti ilə də təmin edir. Cənubi Koreya və Yaponiya ingilis dili müəllimliyi üçün yaxşı maaş verən ölkələrdəndir.

Otel və pansionlarda işləmək

Bir çox otel, pansion və tətil şəhərcikləri qısa və uzun vədəli işçilər axtarır. Otelçilik sahəsində resepşn, ev tutma, aeroportda qonaqları qarşılanması kimi işlər var. Bu işlər bəzən pulsuz yemək və qalacaq yer qarşılığında da təklif olunur. Uzunmüddətli çalışmaq üçün o qədər də məqsədyönlü iş olmasa da, səyahət üçün pul qazanmanın ən yaxşı yollarından biri hesab etmək olar.

Dalğıclıq təlimçisi

Dalğıclığı sevirsinizsə dalğıclıq sertifikatı almalısınız. Meksika, Maldiv adaları, Honduras, Filippin, Havai, Misir kimi ölkələrdə bu iş üçün müraciət edə biləcəyiniz çox sayda şirkət var. Həm dalğıclıq öyrədib, həm də olduğunuz şəhəri gəzib görə bilərsiniz.

Səyahət gəmisində işləmək

Səyahət etməyi sevən insanlar üçün ən yaxşı işlərdən biri də gəzinti gəmilərində çalışmaqdır. Dəniz səyahəti gəmiləri üzən otelə bənzəyir. Bu səbəbdən hər növ əyləndirici imkanlara malikdir. Bu gəmilərdə barmen, mağaza personalı, resepşın, şef, DJ, saç stilisti, masajist və tibb bacısı (qardaşı) kimi bir çox işlərdə çalışma imkanı qazana bilərsiniz. Maaşlar aylıq 800 ilə 8000 dollar arasında dəyişir. Səyahət gəmilərində işləmək syyahət etməklə yanaşı yaxşı karyera qurmağınıza da imkan yaradacaq. Yeməyiniz  də rəhbərlik tərəfindən təmin edilir. Bu işin müsbət tərəflərindən bri isə, dünyanın ən gözəl yerlərini səyahət edir, həm də  pul qazanırsınız.

Əkinçilik və bağçılıq

Şəhərin səs-küyündən uzaqda yaşamaq və işləmək istəyənlər üçün ən ideal variant elə budur. Açıq havada, torpaqla məşğul olmağı sevsinizsə bu iş lap ürəyinizcə olacaq. Bir çox ölkələrdə əkinçilik sahəsində işçiyə tələbat var. Təbiətin qoynunda yaşamaq üçün də bu əla variantdır.

Meyvə tolayıcılığı

Tərəvəz, meyvə və çiçək toplamaq səyahət edən insanlar arasında poplyar işdir. Mövsümlük iş olan yığıcılıqda adətən yaxşı maaş ödənilir. İtalyada üzüm , Avstralyada manqo və Yeni Zellandiyada kivi yığıcısı olaraq işləmək istəyirsinizsə  məhsul yığımı sezonuna qədər bu sahəyə iş üçün müraciət edə bilərsiniz.

Xidmətçi (Au pair)

“Aur pair” adlandırılan bu iş ev köməkcisi kimi bilinir. Bu cür işlərdə əsasən qadınlar çalışır. Əgər uşaqları sevirsinizsə,  bu iş sizin üçün əla seçimdir. “Au pair” vəzifəsində işləmək xarici ölkədə yaşamaqdan zövq almağın bir yoludur. İşin məğzi də odur ki, uşaqlı ailələrin ev işlərinə kömək edir, uşaqlarla maraqlanırsınız. Bu iş sizə əcnəbi ailə ilə bir evdə yaşamaq, pulsuz yataq və yemək şansı verir.

Heyvan baxıcılığı

Xaricdə evində heyvan bəsləyənlərin sayı daha çoxdur. Amma sıx iş tempinə görə ev heyvanlarına baxmaqda çətinlik çəkirlər. Bunun üçün heyvan baxıcısına ehtiyac duyurlar, bəzən həftəlik, bəzənsə aylıq. Əgər pula təcili ehtiyacınız varsa, günlük baxıcılıq da edə bilərsiniz. Beləcə günlük pulunuzu götürüb səyyahətə davam edə bilərsiniz. Ya da daha uzun zaman bu işlə məşğul olub pul yığa bilərsiniz.

Səyahət edən tibb bacısı (qardaşı)

Səyahət edən tibb işcisi olmaq çox ekonomik səyahət üsuludur. Xüsusilə Səudiyyə Ərəbistanında bu işə böyük tələbat var. Tam iş rejimi olan bu sahədə çalışan tibb işçiləri saatına 30-60 dollar qazanır.

Tərcüməçi

Dil bilmək sizi hər zaman, hər sahədə başqalarından bir addım öndə edir. Birdən çox dili axıcı formada yazıb oxuya bilirsinizsə tərcüməçilik edə bilərsiniz. Hazırda İspan dilində, Çin, Fransız və Yapon dilləri bu iş üçün populyar dillərdir.