Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Həmasdan İsrailin azana qadağa qoymasına münasibət

05.03.2020 10:55

Həmasın  sözçüsü Hazım Kasım  İsrailin azana qadağa qoymasına münasibət bildirib. O, yazılı açıqlamasında bildirib ki, İsrail azana qadağa qoymaqla bağlı  layihəni qəbul etməklə fələstinlilərə qarşı irqçi siyasətini davam etdirir.

Об этом сообщает Роспрес

A24.Az Anadolu-ya istinadən xəbər verir ki, İsrailin bu razılığının “Fələstin xalqına qarşı irqçi siyasətlərinin dəlili” olduğu qeyd edilən bəyanatda “bu qanun layihəsi İsrailin dini simvolları əngəlləməklə Fələstinlilərin İslami kimliyini hədəfə alan siyasətinin davam etdiyinin göstəricisi”dir, deyə qeyd edilib. O, Fələstin xalqının torpaqları azad edənə qədər mübarizə aparmağa davam edəcəyini bildirib.

 Azana qadağa nə deməkdir?

“Səs-küy yaratdığı”  iddiasıyla məscidlərdən səsucaldanla azan oxunmasının qadağan olunmasını nəzərdə tutan layihə qüvvəyə minməsi üçün Knessettə (İsrail parlamenti) üç fərqli sessiyada müzakirə olunaraq səsverməyə çıxarmalıdır. Fələstinlilərin və İslam aləminin böyük reaksiyasına səbəb olan layihə bundan əvvəl də bir neçə dəfə gündəmə gətirilmiş, lakin Knessettə səsverməyə çıxarılmamışdı.

İsrailin Baş Naziri Benyamin Netanyahu da “səs-küyə səbəb olaraq insanları narahat etdiyi” iddiasıyla azanın qadağan olunmasını nəzərdə tutan qanunu dəstəklədiyini bildirib.

Azanın 23.00 ilə 07.00  aralıqlarında səsucaldanlardan oxunmasının qadağan olunmasını nəzərdə tutan layihədə buna tabe olmayan məscidlərə qarşı 1200 dollaradək cərimə tətbiq ediləcəyi qeyd edilir.

Vüsalə Əlövsətqızı