Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İşləyənlə, işləməyənin pensiyasının eyni olması doğrudurmu? – EKSPERT ŞƏRH EDİR

05.03.2020 10:57

Ekspert xarici təcrübədən danışdı

Об этом сообщает Роспрес

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə əmək pensiyası üçün staj məhdudiyyətinin aradan qaldırılacağını bildirib. Bununla bağlı məsələ artıq Milli Məclisə təqdim edilib. Bu o deməkdir ki, stajı olan və olmayanlar eyni dərəcədə pensiya alacaqlar.

Məsələnin bəzi təfərrüatlarını iqtisadçı Natiq Cəfərli A24.Az üçün şərh edib. İqtisadçı bildirib ki, burada mütləq ədalətli yanaşma olmalıdır.

“Uzun zaman hər hansı bir sahədə işləyənlərlə, stajı olan və olmayanlar arasında bərabərlik işarəsi qoymaq olmaz. Yəni dünyanın heç bir yerində belə yanaşma yoxdur. Son on ildə hökumət təqaüd sistemi ilə bağlı tez-tez dəyişikliklər edir”.

İqtisadçı bildirir ki, bu, hökumətin təqaüd sistemi ilə bağlı bəlli bir proqramının olmaması ilə əlaqədardır. Bu da, təəssüf doğurur.

“Təqaüd sistemi ilə elə bir sistemdir ki, burada qaydaları tez-tez dəyişmək olmur. Bu dəyişiklik həm vətəndaşlar, həm iş adamları üçün önünü görməkdə problem yaradır. Müqavilələr bağlananda önünü görmədiyi üçün şirkətlər çox zaman əmək müqaviləsi bağlamaqdan imtina edirlər və qara əmək bazarının yaradılmasına şərait yaradırlar”.

Ekspertin sözlərinə görə, Azərbaycanda qanunvericilikdə heç bir problemin olmamasına baxmayaraq, özəl təqaüd fondlarının yaradılması gecikdirildi, buna imkan verilmədi.

“Xarici investorların özəl təqaüd fondlarının, sosial investisiya fondlarının yaradılmasında marağı var idi. Özəl təqüd fondlarının yaradılmasında yerli fondlar da təşəbbüs göstərdilər. Dünyanın əksər ölkələrində onlarla, hətta yüzlərlə təqaüd fondları fəaliyyət göstərir. Bu zaman işçi özü seçim edir. Hansı təqaüd fondu yaxşı təkliflərlə çıxış edirsə, gələcəkdə onun təminatını öz üzərinə daha yaxşı götürürsə, daha yaxşı şərtlər təklif edirsə, o zaman müqavilə bağlayır. Bunu özəl şirkətin və ya dövlət orqanlarının işçisi olmasından asılı olmayaraq həyata keçirir”.

Ekspert N.Cəfərli qeyd edir ki, belə tip sistem olanda təqaüd fondunda ödənişlərin bir hissəsini öz tərəfindən bir hissəsini dövlət tərəfindən ödənilməsində bir maraq, stimul yaranır.

“Dövlət bu sistemdə köklü dəyişikliklər etmək istəyirsə, tez-tez qaydaları dəyişməkdənsə dünyanın sivil ölkələrinin tətbiq etdiyi qaydalardan nümunə götürməlidir. Vətəndaşlara seçim imkanları yaratmalıdır”.

Ekspert çıxış yolu kimi ölkədə çoxlu sayda təqaüd fondlarının yaradılmasını məsləhət görür. Qeyd edir ki, təqaüd fondu çox olarsa vətəndaşın özündə qara əmək bazarında müaqaviləsiz işləməkdənsə, müqaviləli şərtlərlə onlara müəyyən ödənişlər etməkdə maraq yaranacaq.

“Vətəndaş özü biləcək ki, 20 il həmin fondun üzvü olacaqsa, 20 il işləyəcəksə təqaüdü nə qədər alacaq”.

İqtisadçının fikrincə Azərbaycanda da gec-tez normal mexanizmə keçid olacaq. “Xarici təcrübə onu göstərir ki, vətəndaşlar bəzən elə fondlarla müqavilə bağlayırlar ki, onlar təqaüdə çıxanda hətta maaşlarından çox təqüd ala bilirlər”.

Vüsalə Əlövsətqızı