Ermənistan kəşfiyyatında ÇAXNAŞMA – Məlumatlar Azərbaycana ötürülüb
05.03.2020 10:58Ermənistanın gizli kəşfiyyat qrupuna mənsub olan Marutyanın əldə etdiyi məlumatları Azərbaycana satdığı məlum olandan sonra o, 14 il həbs cəzasına məhkum edilib. Agentin əldə etdiyi “çox gizli” məlumatlara tələb etdiyi məbləğ isə 700 dollar və bir velosipeddən ibarət olub.
Об этом сообщает Руспрес
Ermənistan və Azərbaycan arasında qeyri-adi cəsusluq hadisəsi yaşanıb. Uzun müddətdir Ermənistan kəşfiyyat qrupuna işləyən erməni agent əlindəki vacib məlumatları Azərbaycana satdığı üçün vətənə xəyanətdə günahlandırılaraq həbs edilib.
Saytımızın “News.am”a istinadən verdiyi məlumata görə, adı Qarik Marutyan olaraq açıqlanan 38 yaşlı casus 14 il azadlıqdan məhrum edilib. Marutyanın 1997-2014-cü illərdə, düz 17 il ərzində Ermənistanın Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə xidmət göstərdiyi bildirilib. Lakin bağlı qapı arxasında keçirilən məhkəmə prosesində Marutyan günahsız olduğunu iddia edib.
İddialara görə, Marutyanın Azərbaycan kəşfiyyatı ilə əlaqəsi təqaüdə çıxdıqdan bir il sonra, 2015-ci ildə başlayıb. Marutyan “Odnoklassniki” adlı sosial platforma üzərindən Azərbaycanın səlahiyyətli şəxsləri ilə əlaqə qurub. Platformasında Vazgen Kirakosyan saxta erməni adından istifadə edən Marutyan sahib olduğu gizli məlumatları bu sayt vasitəsi ilə Azərbaycanın nüfuzlu şəxslərinə ötürüb. Sözügedən kəşfiyyatçının xalqın, Ermənistan dövlətinin və ordusunun etibarını sarsıda biləcək məlumatları ötürdüyü irəli sürülüb.
Ermənistan tərəfi isə verdiyi açıqlamada, agentin bu illər ərzində əldə etdiyi gizli məlumatları olduqca münasib məbləğ qarşılığında satdığını aşkarlayıb. Əldə edilən məlumatlara görə, Marutyan Ermənistan haqqında vacib və gizli məlumatları bir velosiped və 700 dollar qarşılığında Azərbaycana ötürüb.

