“Google” araq istehsal etdi
05.03.2020 10:58“Google”un Varşava bölməsi “Redkroft” dizayn studiyası ilə birlikdə xüsusi hədiyyə qutusunda araq hazırlayıb.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, bu barədə “Redkroft”un bloqunda məlumat verilib. “Bu cür hədiyyənin yaradılması ideyası “Google”un Varşavadakı kampusunun tarixçəsi ilə bağlıdır. Onillər boyunca hazırda şirkətin mənzil-qərargahının yerləşdiyi binada “Koneser” araq zavodu fəaliyyət göstərib. Hazırda isə bu məkan innovasion startapların sərxoşedici ruhu ilə doludur”, – deyə “Redkroft”un açıqlamasında deyilir.
Bildirilir ki, qablaşdırma əl əməyi ilə yüksək keyfiyyətli kartondan hazırlanıb. Araq məhdud sayda buraxılacaq və yalnız xüsusi hadisələr üçün nəzərdə tutulub.
“Google” “Koneser” müəssisəsinin binasında innovasiya mərkəzini 2015-ci ildə açıb. Bu, “Google”un yeni fəaliyyətə başlayan sahibkarlara iş və görüşlər üçün yer təqdim edilən və startapların inkişafına yönəlmiş 6-cı kampusudur. İlk kampus 2012-ci ildə Londonda açılıb. Madrid, Seual, Tel-Əviv və San Paoloda da bu cür ofislər var.

