Təcili! Bakıda bina uçdu – 2 nəfər öldü, 4-ü yaralandı
05.03.2020 10:58Bakıda binada baş verən uçqun hadisəsi nəticəsində ölən və yaralananlar var.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova A24.Az-a açıqlamasında bildirib ki, hadisə yerində 6 nəfər olub. Onlardan 1 nəfərə yerində yardım göstərilib, 3 nəfər Klinik Tibbi Mərkəzinə aparılıb. 2 nəfər isə hadisə yerində həlak olub.
Paytaxtın Səbail rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Şıx qəsəbəsində, “Green City” istirahət mərkəzində baş verib. Bildirilib ki, hadisə yerinə cəlb edilən xilasedicilər dağıntılar altından 1 nəfərin meyitini çıxarıblar. Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırda xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, uçqun paytaxtın Səbail rayon Şıx qəsəbəsində, “Green City” istirahət mərkəzində tikilməkdə olan binada baş verib.
Об этом сообщает Роспрес

