Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycandan 26 il sonra Rusiyaya daha bir zərbə – Qazaxıstanda “Latın inqilabı” – Putin niyə müttəfiqsiz qaldı?

05.03.2020 10:58

Ötən gün dünya gündəminə düşən Qazaxıstanın Latın qrafikalı əlifbaya rəsmi keçidi məsələsi ölkə lideri Nursultan Nazarbayev tərəfindən açıqlandı. Belə ki, Qazaxıstanda istifadə edilən Kiril əlifbasından tamamilə Latın qrafikalı əlifbaya keçid tarixi bəlli oldu. Qazaxıstan prezidenti Nursultan Nazarbayev 2025-ci ilə qədər tamamilə latın əlifbasına keçid üçün çalışmaların sürətləndirilməsi təlimatını verdi.

Об этом сообщает Футляр от виолончели

Orta Asiyanın ən böyük dövlətinin siyasi strategiyası dəyişir – Turana gedən yol

Sovet dönəmində xristian əhalinin ən çox köç etdiyi ərazi olan Qazaxıstan SSRİ dağıldıqdan sonra müstəqilliyini elan etsə də, varis Rusiyanın təsiri altında qaldı. Rusdilli əhalinin çoxluğu və cəmiyyətdə bu dildən geniş istifadə edilməsi Qazaxıstan konstitusiyasında Rus dilinin ikinci dövlət dili olaraq əks etdirilməsinə səbəb oldu. Beləcə Rusiya Qazaxıstan və onunla eyni taleyi bölüşən Qırğızıstan üzərində öz təsir gücünü qorumağa nail ola bildi.

Orta Asiyanın ən geniş ərazisinə sahib olan Qazaxıstan Respublikasının üzərində təsir gücünü itirmək Rusiyanın siyasi və iqtisadi əlaqələrində böyük itki olardı. Və nəhayət Rusiyanın o böyük qorxusu reallaşmağa başladı.

Qazaxıstan 1929-cu ilə qədər Ərəb qrafikalı əlifbadan istifadə edirdi. 1940-cı illərə qədər Latın əlifbasından istifadə edən Qazaxıstan bu illərdən sonra 42 hərfdən ibarət Kiril əlifbasını tədbiq etməyə başladı. Rus dilinin ikinci rəsmi dövlət dili kimi konstitusiyaya əlavə edilməsi və bu dilin cəmiyyətdə geniş istifadəsi Latın qrafikalı əlifbaya keçidi daha da çətinləşdirdi. İlk dəfə 2006-cı il oktyabrın 26-dan Nursultan Nazarbayev 12-ci Qazaxıstan Xalqları  Assambleyasındakı çıxışında Qazaxıstanda əlifba dəyişikliyinə yenidən baxılacağını və Latın qrafikalı əlifbaya keçilməsinin düşünüləcəyini açıqladı. Bu məsələ 2009-cu ildə yenidən gündəmə gəldi və Qazaxıstanın Latın qrafikalı əlifbaya keçməsi üçün hazırlıqlar aparıldığı söylənildi. Bu addımın hələ lap əvvəldən planlı şəkildə aparıldığı isə siyasi danışıqlar, elmi komfranslarda özünü gəstərirdi. Nəhayət, 22 illik qorxudan xilas olan Qazaxıstan hakimiyyəti gözlənilən tarixi addımı atdı.

Türk dövlətləri vahid müstəvidə – Orta Asiyada qolunu itirən Rusiya

Qazaxıstanın bu addımı Qıpcaq qolundan olan, ikinci rəsmi dili Rus dili olan Qırğızıstanın da vahid Türk əlifbasına keçidini asanlaşdıracağı və nə qədər gec verilmiş qərar olsa da, ayrı əlifbalardan istifadə edən türksoylu dövlətlərin Latın qrafikalı əlifbaya keçmə mərhələsini sürətləndirəcək.

Qazaxıstan və Qırğızıstanın Latın qrafikalı əlifbaya keçidi ilə müstəqil Türk dövlətinin əlifba birliyi bərpa olunacaq. Belə ki, 1928-1940-cı illər arasında Sovet birliyindəki türk xalqlarının istifadə etdikləri ortaq türk-latın əlifbasına geri dönülməsi, türk dövlətləri arasında mədəni-siyasi əlaqələrini daha da gücləndirəcəyi şübhəsizdir. Bu da Rusiyanın qorxduğu və Türk Dünyasının xəyal olaraq qalması üçün uzun  illərdir apardığı mübarizəni puç edəcək.

Türk Dünyası siyasi arenada öz yerini alacaq

Nazarbayevin bu addımını dəstəkləyən deputat Nizami Cəfərovun sözlərinə görə, Qazaxıstan ilə birlikdə bütün türk dövlətləri birmənalı şəkildə latın əlifbasına keçəcək. Qazaxıstanın Latın əlifbasına keçməsinin digər qonşu Orta Asiya dövlətlərinə də birbaşa təsirsiz ötüşməyəcəyini deyən N. Cəfərov bu ləhcəyə yaxın dildə danışan Qırğızıstan, Tatarıstan, Başqırdıstanın Latın qrafikalı əlifbaya keçid mərhələsinin daha sürətli və asan olacağını bildirib.

Heç şübhəsiz, bu da Rusiyanın Orta Asiyadakı hegemonluğunu yavaş-yavaş zəiflədəcək.

Bu addımın Qazaxıstanı Rusiyanın təsiri altından çıxaracağı faktı artıq ortadadır.  Nazarbayevin atdığı ən böyük siyasi addım hesab edilə biləcək bu sərəncam Qazaxıstanı Türk Dünyasına daha da yaxınlaşdıracaq. Belə ki, SSRİ dağıldıqdan sonra da, Rusiya Orta Asiyadakı Türk dövlətlərini fərqli taktikalarla təsiri altında saxlamağı bacardı. Məsələnin bu tərəfinə diqqət etdiyimiz zaman, Qazaxıstanın verdiyi bu qərarın daha önəmli siyasi tərəfləri ortaya çıxır. Rusiya çarlıq dövründən bu günə qədər Türk Dünyasında rusdilli əhali və Kiril əlifbasının vasitəsilə öz mədəniyyətini yaymağa çalışdı. Beləcə bu türk dövlətləri üzərində təsir gücünü qoruyub saxlaya bildi. Bu baxımdan Qazaxıstanın siyasi manevrası da adlandıra biləcəyimiz bu addım, türk Dünyası üçün böyük əhəmiyyət kəsb edir. Bununla vahid türk birliyi yeni dünya qurluşunda öz yerini alacaq. Bu isə, heç şübhəsiz, Rusiyanın gerçəkləşən kabusudur.
Natavan Abdulla